Vyaçeslav İvanov (şair)

İvanov Vyaçeslav İvanoviç (16 (28) fevral 1866[1][2] və ya 28 fevral 1866[3][2], Moskva[4][5]16 iyul 1949[4][5][…], Roma[4][5]) — rus şair-simvolisti, filosof, tərcüməçi, dramaturq, ədəbi tənqidçi. Filologiya elmləri doktoru, "Gümüş əsrin" ideya ruhlandırıcılarından biri.

Vyaçeslav İvanov
Doğum tarixi 16 (28) fevral 1866[1][2] və ya 28 fevral 1866(1866-02-28)[3][2]
Doğum yeri
Vəfat tarixi 16 iyul 1949(1949-07-16)[4][5][…] (83 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Roma protestant qəbiristanlığı[d]
Təhsili
  • Moskva Universitetinin Tarix və Filologiya fakültəsi[d][4],
  • Birinci Moskva Gimnaziyası[d]
Fəaliyyəti dramaturq, filosof, şair, yazıçı, ədəbiyyat tənqidçisi, klassisist[d], tərcüməçi, esseist, filoloq, pedaqoq, müəllim
Fəaliyyət illəri 1898–1949
Əsərlərinin dili rus dili
İstiqamət simvolizm
Janrlar poeziya, esse, publisistika
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Geodezist ailəsində anadan olmuşdur; Birinci Moskva Gimnaziyasını bitirib təhsilini əvvəl Moskva Universitetinin tarix-filologiya fakültəsində (1884-1886, iki kurs), sonra isə Berlin Universitetində (1886-1990) davam etdirmiş və orada filologiyadan başqa Mommzenin rəhbərliyi altında tarixlə və fəlsəfə ilə də çox məşğul olurdu.

1896-cı ildə Girşfeld və Mommzen onun dissertasiyasını qəbul etmiş, lakin elmi dərəcəyə şifahi imtahanı İvanov verməmişdir. İvanovun dünya görünüşünə ən çoxNitse, Vladimir Solovyev, slavyanofillər, alman romantikləri (Novalis, Fridrix Gelderlin) təsir göstərmişlər. O, çox səyahət edir, 1891-ci ildən başlayaraq Avropanın böyük bir hissəsini gəzmiş (bir müddət Afinada. Sonralar Cenevrədə yaşamışdır), Fələstinə, Misirə səfər etmişdir.

Əsasən İtaliya və Rusiyada yaşamışdır (son olaraq 1924-cü ildə İtaliyaya köçmüşdür). 1894-cü ildə şairə və tərcüməçi Lidiya Zinovyeva-Annibal ilə tanış olmuş və o, sonralar İvanovun həyata yoldaşı olmuşdur. O zaman İvanovlar ailəsinin yaxın dostlarında biri М. М. Zamyatina olmuşdur; o, şairə ölümünə kimi 1920-ci ilə kimi böyük köməklik göstərmişdir.

İvanovun Lombardiyanın və Alpın dağ təbiətini təsəvvür edən ilkin sonetləri katolik mistisizm təsiri altında yaradılmışdır. İvanov-şairin mətbuatda ilk çıxışı 1898c-ilə aiddir (o gənc zaman şairə böyük köməyi бVladimir Solovyov etmişdir ki, onunla da İvanov 1896-cı ildə tanış olmuşdur). 1903-1904-cü illərdə İvanov V. Y.Bryusov, K. D.Balmont, Y.К. Baltruşaytis, D.S. Merezkovski və Z.N. Gippius, A.A. Blokla tanış olur.

1905–ci ildə şair Peterburqa köçür və onun Tavriçeski və Tverski (ev 1) küçələrinin tinindəki mənzili ("qüllə") hər çərşənbə günü gənc simvolistlərin dərnəyi toplaşdığı rus simvolizminin ideya mərkəzlərində biri, şairlərin "yaradıcılıq laboratoriyası" sayılırdı.

Ədəbi "dairələrdə" İvanov "kilsə" cəmiyyətlərinin obrazlarını görürdü. İvanov "Vesı", "Zolotoye runo", "Trudi in dni", "Apollon", "Noviy put" jurnallarında əməkdaşlıq edir, "Orı" nəşriyyatına rəhbərlik edir; Peterburq dini-fəlsəfi cəmiyyətin fəaliyyətində iştirak edir, "Severniye tsveti" almanaxında nəşr olunur, Ali qadın kurslarında qədim yunan ədəbiyyatı tarixindən dərs keçirdi (1910-11). 1906-cı ildə S. М. Qordetsky ilə yaxınlaşdı; bu dostluq İvanova yeni mövzular verdi və 1907-ci ildə o, "Eros" ( "Ory" Nəşriyyatı, Sankt-Peterburq) toplusunu nəşr etdirdi.

Şair üçün böyük zərbə 1907-ci ildə həyat yoldaşının erkən ölümü olmuşdur. Bundan sonra şair teosofiya və mistikaya dərindən qurşanır. 1910-cu ildə o, öz ögey qızı Zinovyeva-Annibalın qızı Vera Şvarsalonla evlənir, bu nikahdan onun oğlu Dmitri doğulmuşdur (1912—2003). 1907-1908-ci illərdə İvanov Georgi Çulkovun "Mistik anarxiya" nəzəriyyəsini dəstəklədikdən sonra şairin böyük simvolistlərlə münasibətləri tamamilə kəsilmişdir (rus simvolizminin "təsisçisi" Bryusovla dostluğunu İvanov onun ölümünə kimi saxlamışdır). İtaliyada uzun sürən səfərdən qayıtdıqdan sonra (1912—1913) İvanov ədəbi tənqidçi M.O.Qerşenzon, filosof S.N. Bulqakovla, bəstəkar A.N. Skryabinlə yaxınlaşmışdır.

Fəal mədəni-pedaqoji fəaliyyətini İvanov Oktyabr inqilabından sonra da davam etdirmişdir.

1921-ci ildə Dionis kultu barədə dissertasiyanı müdafiə etmişdir.1921-24-cü illərdə Bakıda yaşamış, burada universitetdə professor işləmişdir.

Ömrünün son illərini İtaliyada keçirmiş və orada antik və orta əsr şairlərinin (Sapfo, Esxil, Alkeya, Petrarki və s.)əsərlərinin tərcüməsi ilə məşğul olmuş, yalnız hərdənbir yeni əsərlərini nəşr etdirirdi ("Roma sonetləri" tsikli, 1924; "İnsan" poeması ("Dom kniqi", Nəşriyyatı, Paris), 1939). İvanov İtaliyada tək-tənha yaşamış və yalnız bəzi rus mühacirləri ilə əlaqə saxlayırdı (yaşlılardan Merejkovski ilə, cavanlardan İ.N.Qolenişev-Kutuzovla).

1926-cı ildə katolikliyi qəbul edir. 1926—1934-cü illərdə Paviyada kollecdə, 1934-1943-cü illərdə Vatikanın Şərq İnstitutunda rus dili və ədəbiyyatından dərs deyir. 1948-ci ildə Vatikanın sifarişi ilə Psalteriyaya giriş və qeydləri yazır.

İvanovun ədəbi fəaliyyətinin yekunu 1962-ci ildə Oksfordda ölümündən sonra nəşr edilmiş "Axşam işığı" şerlər toplusu olmuşdur.

İvanov Romada protestant qəbiristanlığında rəssam Karl Bryullovla yanaşı dəfn edilmişdir.

Şeirlər, poemalar

  • Кормчие звёзды: Кн. лирики. — СПб.: Тип. А. С. Суворина, 1903.
  • Прозрачность: 2-я кн. лирики. — М.: Скорпион, 1904.
  • Тантал. Трагедия, 1905
  • Эрос. — СПб.: Оры, 1907.
  • Cor ardens. Ч. 1, 2. — М.: Скорпион, 19111912.
  • Нежная тайна; Лепта. — СПб.: Оры, 1912.
  • Младенчество. — Пг.: Алконост, 1918.
  • Прометей: Трагедия. — Пг.: Алконост, 1919.
  • Человек: Поэма. — Париж: Дом книги, 1939.
  • Свет вечерний. — Оксфорд, 1962. (Подготовлен к печати автором.)

Tənqidi məqalələri

  • По звёздам. — СПб, 1909pdf
  • Борозды и межи. — М., 1916.
  • Родное и вселенское. — М., 1917.
  • Ивановъ В. Нашъ языкъ // Из глубины. Сборник статей о русской революции. М., 1918.
  • Переписка из двух углов. Статьи, 1921 (с М. Гершензоном)
  • Dostojewski, Tragödie-Mythos-Mystik, Tübingen, 1932

Tərcümələri

  • Алкей и Сафо. Собрание песен и лирических отрывков. — М.: Изд. М. и С. Сабашниковых, 1914.
  • Петрарка Ф. Автобиография; Исповедь; Сонеты / Пер. М. Гершензона (проза) и Вяч. Иванова; вступ. очерк М. Гершензона. — М.: Изд. М. и С. Сабашниковых, 1915.

Автобиография — см. в кн. "Русская литература XX в.", под редакцией С. А. Венгерова. М., 1916.

  • Seçilmiş əsərləri
  • Собрание сочинений в 6 тт. Т. 1-4, Брюссель, 19711987.
  • Стихотворения и поэмы, Л., 1976.
  • Стихотворения. Поэмы. Трагедия. СПб, Академический проект, 1995.
  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Иванов Вячеслав Иванович // Литераторы Санкт-Петербурга. ХХ век (rus.). / под ред. О. В. Богданова
  3. 1 2 ИВАНОВ Вячеслав Иванович // Русская литература XX века. Прозаики, поэты, драматурги (rus.). / под ред. Н. Н. Скатов 2005. С. 75–82. ISBN 5-94848-262-6
  4. 1 2 3 4 5 6 7 8 Краткая литературная энциклопедия (rus.). Москва: Советская энциклопедия, 1962. Т. 3.
  5. 1 2 3 4 5 6 Иванов Вячеслав Иванович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]