Aegosoma scabricorne

Aegosoma scabricorne (lat. Aegosoma scabricorne) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin uzunbığlar fəsiləsinin aegosoma cinsinə aid heyvan növü.

Aegosoma scabricorne
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
İnfrasinif:
Ranqsız:
Yarımdəstə:
İnfradəstə:
Fəsiləüstü:
Fəsilə:
Yarımfəsilə:
Növ:
Aegosoma scabricorne
Beynəlxalq elmi adı

İmaqo mərhələsinə 2009-cu ildə Novxanı kəndində şam və tut ağacının gövdəsi üzərində rast gəlinmişdir. Sürfələri isə sentyabr ayında Nardaran kəndində, palıd ağacının kökə yaxın gövdəsindən və yerə yıxılmış çürük və quru qovaq ağacından götürülmüşdür. Sürfələr ağacın qabığının altından başlayaraq qidalana-qidalana, gövdənin orta hissəsinə qədər gedib çıxır və oradaca inkişaflarını başa vurub puplaşırlar.

Puplaşma ayrı-ayrı oyuqlarda, barama içərisində gedir. Bu baramalar ağac ovuntularından düzəldilir. İyulun ortalarında böcəklər uçmağa başlayırlar. Bir nəslin inkişafı iki ilədək çəkir. Böcəyə dənizkənarı sahələrdə daha çox rast gəlinir. Kütləvi halda bir neçə ağacı sıradan çıxara bilirlər, ağac məhv olmaqdan başqa öz keyfiyyətini itirir və tamam yararsız hala düşür.

Cənubi Avropa, Asiya, Ukrayna, Qafqaz, Şəki-Zaqatala, Quba-Xaçmaz, Gəncə-Daşkəsən, Dağlıq Qarabağ, Naxçıvan MR və Lənkəran vilayəti.