Aegypiinae

Kərkəslər (lat. Aegypiinae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan yarımfəsiləsi.

Kərkəslər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Fəsilə:
Yarımfəsilə:
Kərkəslər
Beynəlxalq elmi adı

Uzunluğu 95-114 sm-dır. Başı və boynu leşlərin içalatını yeyərkən kirlənməməsi üçün qısa tüklərlə örtülmüşdür (bu xüsusiyyətinə görə sadəcə toğlugötürən və palma kərkəsi istisna təşkil edir). Qanadları genişdir — kərkəskimilərin əsas qidası olan leş axtarışında uzun müddət uçmağa uyğunlaşmışdır. Ayaqlar sadəcə gəzməyə və qaçmağa uyğunlaşmışdır və yalnız toğlugötürən ayaq caynaqlarında şikarını daşıya bilir.

Cənubi Avropada, Afrikada və Cənubi Asiyada yayılıb.

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Həm dağlarda, həm də açıqlıqda, əsasən quraq bölgələrdə yaşayırlar. Çox vaxt qayalarda, bəzən isə ağaclarda dəstə halında yuva qururlar. Bir yumurtlamaya bir və ya iki yumurta qoya bilirlər. Balalarına qidanı çinədanlarında gətirirlər. Təbii sanitar kimi son dərəcə faydalıdırlar. Növlərinin sayı kəskin şəkildə azalır (xüsusilə Avropada).

10 cinsi və təqribən 15 növü mövcuddur.

  • Биологический энциклопедический словарь /Под ред. М. С. Гилярова. — 2-е изд., исправл. — М.: Большая российская энциклопедия, 1995.
  • Грифы, хищные птицы  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.