Aerasiya (q.yun. ἀήρ – hava) — havadəyişmə, havanı oksigenlə zənginləşdirmə.
Torpağın aerasiyası torpaq havası ilə atmosfer havası arasında qaz mübadiləsidir. Qaz mübadiləsi zamanı torpaqdakı hava bitki köklərinin və mikroorqanizmlərin tənəffüsunə lazım olan oksigenlə, yerə yaxın hava təbəqəsi isə bitkinin fotosintez prosesində istifadə etdiyi karbon qazı ilə zənginləşir. Torpaq xırda dənəvar strukturlu olduqda aerasiyaya əlverişli şərait yaranır və bitki daha yaxşı inkişaf edir.[1]