Aerologiya

Aerologiya (yun. Aer – hava, logos - elm) — atmosferin yuxarı qatlarında havanın vəziyyətini öyrənən elm. Atmosferin yuxarı qatları — təyyarə, şar, zond, raket, süni peyk, kosmik hava gəmisi vasitəsilə qaldırılan, özüyazan və göstəricilərini radio ilə yerə verən cihazlar vasitəsilə öyrənilir[1].

  1. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.