Aerosmith

Aerosmith — 1970-ci ildə Stiven Tayler tərəfindən Bostonda qurulan ABŞ hard-rok qrupu.

Aerosmith
Aerosmith
Əsas məlumatlar
Üslub hard-rok
blyuz-rok
qlem rok
rok-n-roll
həvi-metal
qlem-metal
Fəaliyyət illəri 1970—h.h.
Ölkə ABŞ ABŞ
Şəhər Boston, Massaçusets
Leybl Columbia Records
Geffen Records
MCA Records
Sony BMG Music Entertainment
Heyət Stiven Tayler
Entoni Cozef Perri
Tom Hemilton
Coui Kramer
Bred Uitford
Keçmiş üzvlər Rey Tabano
Cimmi Krespo
Rik Dyufey
www.aerosmith.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qrupu Amerikanın ən böyük rok-n-roll qrupu adlandırırlar. Aerosmith; Led Zeppelin, Deep Purple kimi qruplarla birlikdə hard rok qabaqcıllarındandır. Aerosmith 1970-ci ildə vokalist Steven Tyler'in gitarist Joe Perry ilə bir dondurma mağazasında tanış olması ilə quruldu. Perri, Taylerə rok-caz birliyində iştirak etməsini təklif etdi. Tayler ilə Perri, yanlarına basçı Tom Hamiltonu da alaraq bir üçlü qurmağa qərar verdilər.

Çox keçmədən qrupa ikinci gitarist Ray Tabano da qatıldı. Ancaq qısa bir müddət sonra Tabano'nun yerinə Earth Inc.'in köhnə üzvlərindən Brad Whitford gəldi. Barabançı Joey Kramerin də qrupa daxil olmasıyla Aerosmith, Bostonda, 1970-ci illərin sonuna doğru qurulmuş oldu.

İlk konsertindən sonra adını Arosmith yerinə Aerosmith olaraq dəyişdirən qrup, müvəffəqiyyətiylə qısa zamanda Bostonun xaricinə çıxmağa başladı. Qrup Max Cansas City-də verdikləri konsertdən sonra "Columbia / CBS Records" ilə kontrakt imzaladı. Aerosmith, 2000-ci ildə VH1 kanalının "Hard Rokun ən böyük 100 Sənətçisi" siyahısında 11-ci sırada və Rolling Stone jurnalının "Bütün zamanların ən böyük 100 sənətçisi" siyahısında 57-ci sırada yer almışdır. Ayrıca Aerosmith, 66,5 milyonu ABŞ sərhədləri içində olmaq üzrə; satdığı 150 milyon ədəd albom ilə ən çox albom satan Amerikalı rok qrupudur.

Qrupun öz adını daşıyan ilk albomu "Aerosmith" 1973-cü ildə satışa çıxarıldı. Bu albomdan çıxan ilk single, "Dream On" başlanğıcda siyahılarda 59-cu sıraya qədər yüksəlmiş, 1973-cü ilin Aprel ayında isə 10-cu sıraya çıxmağı bacarmışdır.

Həm yavaş mahnıların, həm də bol ritimli rock and roll mahnıları nəticəsində qrupun şöhrəti 70-ci illərin ortalarında yaxşıca artmış və o illərdə bir çox uğur qazanmışlar. Birliyin ikinci albomu "Get Your Wings" (1974) tam 86 həftə siyahılarda qaldı. Bu albom prodüser Jack Douglas ilə hazırlanan ilk iş idi. Ölkədaxili verdikləri konsertlərlə qrup adını eşitdirməyə davam etmişdir. Əsl müvəffəqiyyətlərini isə 1975-ci ilin Aprel ayında satışa çıxan və dünya səviyyəsində 6 milyon satan "Toys In The Attic" albomu ilə qazanmışlar. Üçüncü albom "Rocks" 1976-cı ilin May ayında satışa çıxdı. Rocks, yalnız Amerikada 3 milyon satdı və albomlar siyahısında 5-ci sıraya qədər yüksəldi. Albomdan çıxan sinqılları, "Back In The Saddle" siyahılarda 40-cı sırada qala bildi.

1977-ci ilin əvvəllərində Aerosmith bir müddət ara verərək, sonrakı albomları üzərində çalışdı. Qrup yükləlişlərini, 1977-ci ilin Noyabr ayında satışa çıxardıqları "Draw The Line" albomuyla davam etdirmələrinə qarşı; tənqidçilər tərəfindən gözlənililən marağı görə bilmədi və Led Zeppelinin bir törəməsi olaraq xarakterizə edilməklə qaldı. Qrup, 1978-ci ildə Amerikada bir silsilə kiçik turne təşkil etdi.

1978-ci ildə, "Sgt. Pepper s Lonely Hearts Club Bant" adlı filmdə böyük müvəffəqiyyət qazanan mahnıları "Come Together" bəstələndi və performanslarının ardından qrupun 1973 və 1978 illəri arasında verdikləri konsertlərin bir toplusu olan və qrupun ilk canlı albomu olan "Live Bootleg" satışa çıxarıldı. Bu sırada Tayler və Perri arasında həlli tapıla bilməyən problemlər çıxmağa başladı.

Birlik 1979-cu ilin sonunda, işlərini daha əvvəldən bitirdikləri "Night In The Ruts" albomunu çıxardı. O sıralar Joe Perry, öz adını daşıyan qrupunu meydana gətirmək üzrə qrupdan ayrıldı. "Night In The Ruts", Aerosmith'in ən az satan albomları olaraq qaldı.

1980-ci ildə qrupa Jimmy Crespo qatıldı lakin, gitarist Brad Whitford "Whitsford-St. Holmes Bant" qrupunu qurmaq üzrə qrupdan ayrıldı.

Qrup üzvləri spirt və narkotik problemləri üzündən pərəstişkarlarının gözündə eniş yaşasalar da, 1980-ci illərin sonuna doğru rok tarixində ən gözə çarpan dönüşü reallaşdırdılar. Yeni gitaristlər Jimmy Crespo və Rick Dufay'ın da iştiraklarıyla qrup köhnə günləri xatırlamaq üzrə bir "Ən Yaxşılar" albomunu çıxardılar, albom 6 milyondan çox satdı. Yeni heyətiylə Aerosmith 1982-ci ildə "Rok In a Hard Place" albomunu satışa çıxardı. Albom siyahılarda 32-ci sıraya qədər yüksələ bildi. Lakin albom, qrupun digər albomlarının yanında çox da müvəffəqiyyətli ola bilmədi.

Sonralar Perry və Whitfordun qrupa qayıtması ilə "Back In The Saddle" turu reallaşdırıldı. Turun ilk konsertlərindən birində Steven Tyler'in səhnədə huşunu itirməsi, qrupun spirt və narkotiklə başının hələ də dərddə olduğunu göstərmiş oldu. Ertəsi il Aerosmith əsl heyətiylə 1979-cu ildən sonra hazırladığı ilk albom "Dona With Mirrors" satışa çıxarıldı. Bu albomda Aerosmith ilk dəfə "Geffen Records" ilə çalışmışdır. Albom, "Rok In A Hard Place" qədər müvəffəqiyyətli olmasa da qrupun canlandığının göstəricisi olmuşdur.

1985-ci ilin Noyabr ayında "Down Wıth Mirrors" albomu Geffen Val Şirkəti tərəfindən çıxarıldı və ardından Tyler və Perry narkotikadan xilas ola bilmək üçün reabilitasiya proqramına qatıldılar. Albom, çıxardıqları ilk iki albom qədər müvəffəqiyyətli oldu, lakin 80'lərdə ortaya çıxan yeni rok qruplarıyla rəqabət apara bilmək üçün soundlarını bir az dəyişdirdilər.

1986-cı ildə "Toys In The Attic" albomundakı "Walk This Way" mahnısının rap qrupu Run DMC ilə təkrar ifa olunmasının ardından beynəlxalq bir müvəffəqiyyət qazanılmış oldu. 1987-ci ilin Avqust ayında satışa çıxarılan "Permanent Vacation" albomu qrupun ən çox satan albomlarından biri oldu. Albomda "Dude (Looks Like A Lady)" mahnısı Amerika musiqi siyahılarında 14-cü sıraya qədər yüksəldi.

1988-ci ilin Avqust ayında, bir toplu albomu olan "Gems" satışa çıxarıldı. Eyni il MTV Musiqi Mükafatlarında "Ən Yaxşı Qrup" və "Dude (Looks Like A Lady)" klipiylə də "Klipdə Ən Yaxşı Səhnə Performansı" mükafatlarını Aerosmith aldı.

1990-cı illər

[redaktə | mənbəni redaktə et]

1991-ci ildə qrup ilk Grammy Mükafatını; "Janie's Got A Gun" mahnısıyla "Ən Yaxşı Rok Performansı" nominasıyasında aldı. Eyni il Aerosmith, Sony Records'la razılaşma imzaladı. Sentyabr ayında isə, "Boston Garden Hall Of Fame" mükafatını qazandı və "The Other Side"'a çəkdikləri kliplə də MTV'də "Ən Yaxşı metal / Hard Rok Video" mükafatını aldılar.

1993-cü ilin Aprel ayında, "Get A Qrip" albomu hazırlandı. Sinqllar "Livin' On The Edge", "Cryin", "Crazy" və "Amazing" bütün dünyada çox böyük müvəffəqiyyət qazandı. Albom Amerikada 7 milyon satarkən, Guns N' Roses kimi qruplarla baş etməyə çalışmışlar və bunu bacardıqlarını göstərmişlər.

1994-cü ilin noyabr ayında, çıxan "Big Ones" albomu ilə müvəffəqiyyətlərini davam etdirən qrup, 90-cı illərin ortasında təkrar Colombia Records'la razılaşma imzaladı və 1997-ci ildə "Nine Lives" albomlarını satışa çıxardılar.

1998-ci ildə Aerosmith, Simpsonlar'ın 200-cü seriyasında televiziyada görüldü və Avqust ayında Armageddon filminin soundtracki olan "I Dont Want A Miss A Thing" sinqlını satışa çıxardılar. Sinql, Amerikada musiqi siyahılarına 1-ci sıradan daxil oldu və 4 həftə boyunca 1-ci sırada qalarkən, İngiltərədə ilk 10'a girməyi bacardı. Oktyabr ayında qrupun canlı performanslarının toplusu olan "A Little South Of Sanity" albomu satışa çıxarıldı.

Studiya albomları və ABŞ'dakı rəsmi satış rəqəmləri (milyon / ədəd)

[redaktə | mənbəni redaktə et]
  • Aerosmith (1973) — 3,000,000
  • Get Your Wings (1974) — 3,000,000
  • Toys in the Attic (1975) — 8,000,000
  • Rocks (1976) — 6,000,000
  • Draw the Line (1977) — 1,000,000
  • Night in the Ruts (1979) — 2,000,000
  • Rock in a Hard Place (1982) — 1,000,000
  • Done with Mirrors (1985) — 1,000,000
  • Permanent Vacation (1987) — 5,000,000
  • Pump (1989) — 7,000,000
  • Get a Grip (1993) — 7,000,000
  • Nine Lives (1997) — 2,000,000
  • Just Push Play (2001) — 1,000,000
  • Honkin' on Bobo (2004) — 500,000
  • Sweet Emotion — 1975
  • Dream on — 1976
  • Last Child — 1976
  • Walk This Way — 1977
  • Back in the Saddle — 1977
  • Come Together — 1978
  • Dude (Looks Like a Lady) — 1987
  • Angel — 1988
  • Rag Doll — 1988
  • Love in an Elevator — 1989
  • Janie's Got a Gun — 1990
  • What it Takes — 1990
  • The Other Side — 1990
  • Livin' on the Edge — 1993
  • Cryin' — 1993
  • Amazing — 1994
  • Crazy — 1994
  • Falling in Love — 1997
  • Pink — 1998
  • I Don't Want to Miss a Thing — 1998
  • Jaded — 2001