Simpsonlar (ing. The Simpsons) — Mett Qreyninq tərəfindən Fox televiziyası üçün yaratdığı ABŞ cizgi serialı. Homer, Marc, Bart, Liza və Meggi üzvlərindən ibarət Simpsonlar ailəsinin həyatından bəhs olunur. Serial uydurma qəsəbə olan Sprinqfilddə cərəyan edir, amerikan mədəniyyətini, cəmiyyətini və televiziyasını parodiya edir.[2]
Simpsonlar | |
---|---|
ing. The Simpsons | |
Janr | sitkom, satira, Qara yumor |
Rolları səsləndirənlər |
Den Kastellaneta Culiya Kavner Nensi Kartrayt Yardli Smit Henk Azaria Harri Şirer |
Studiya | 20th Century Fox, 20th Television[d] |
Ölkə | |
Dil | ingilis dili[1] |
Mövsümlərin sayı | 36 |
Seriyaların sayı | 775 |
Seriyanın müddəti | 22 dəq. |
Telekanal | Fox Broadcasting Company |
IMDb | ID0096697 |
Rəsmi saytı |
Simpsonlar ailəsi Qrouninq tərəfindən James L. Brooks ilə əvvəlcə bir dəqiqəlik qısa animasiya olaraq hazırlandı. Qrouninq yaratdığı ailədəki obrazlara öz ailə fərdlərinin adlarını verib. Öz adının yerinə Bart adını istifadə edib. Qısa animasiyalar ilk dəfə 19 aprel 1987-ci ildə "The Tracey Ullman Show"-da göstərilməyə başlamışdır[3]. Üç sezon keçirdikdən sonra cizgi filmi yarım saata qədər uzadıldı[4].
Sentyabrın 26-sı, 2010-cu ildə Simpsonların 22-ci mövsümünün işıq üzü görəcəyi planlaşdırılır. Bu satirik cizgi filmi özündə orta statistik amerikalının həyat tərzini əks etdirir, siyasət və din kimi bir çox aktual mövzulara toxunur. Bu cizgi filmində eynicinsdən olanların nikahı, darvinist və kreasionistlərin mübarizəsi, İraq müharibəsi kimi ciddi mövzular da kölgədə qalmamışdır.
Təsadüfi deyildir ki, "Time" jurnalı 1998-ci ildə "Simsonlar" cizgi filmini 20-ci əsrin ən yaxşı cizgi filmi kimi elan etmişdir. Lakin bəzi tənqidçilərin fikrincə, Simpsonlar son illər öz əvvəlki sosial əhəmiyyətini və yumor tərzini itirmək üzrədirlər. Buna baxmayaraq, 27 iyul 2007-ci ildə ABŞ-də ekranlara Simsonların tammetrajlı filmi çıxdı[5][6].
Cizgi serialının 25 yanvar 2009-cu ildə ilk dəfə efirə çıxmış "Liza - Dram Kraliçası" seriyasında (20 mövsümün 9-cu seriyası) Liza Simpson keçiriləcək BMT sammitində Azərbaycanı təmsil edir.
Serial 2009-cu ildən "Ginnesin Rekordlar Kitabı"nda dünyanın ən uzun müddət davam edən sitkom cizgi serialı olaraq (seriya sayı baxımından) birinciliyini qoruyur.[7][8]
Serialın əsas personajları filmin yaradıcısı olan Mett Qrouninqin təxəyyülünün məhsuludur. Filmin əsas qəhrəmanlarının adı Mettin ailəsindən götürülüb. Belə ki, Liza və Meggi onun bacıları, Marc onun anası,Homer isə onun atasının adıdır. Bart Simpsonun adı isə ingiliscədə "dəcəl uşaq" mənasına gələn "brat" sözünün anaqramıdır[9].
Hadisələr ABŞ-də , Sprinqfild adlı şəhərdə cərəyan edir. Əslində ABŞ-də bu adda bir neçə şəhər var. Məhz buna görə də bu ad əsas şəhər kimi seçilmişdir. Serialın həvəskarları uzun müddət bu şəhərin məhz hansı Sprinqfild olduğunu araşdırmağa çalışsalar da, indiyədək bu suala cavab tapa bilməyiblər. Mett Qrouninq isə əslində serialdakı Sprinqfildin onun fantaziyasının məhsulu olduğunu bildirərək bu şəhərin ABŞ-dəki Sprinqfildlərdən heç birinin olmadığını vurğulamışdır.
Serialı digərlərindən fərqləndirən xüsusiyyətləri onu daha maraqlı edir. Məsələn, serialın başlanğıc şəkli hər dəfə fərqli şəkildə olur. Adətən bu başlıq ailənin hər bir üzvünün evə gəlməsini nümayiş etdirir. Bunlara aiddir: -Liza Simpsonun musiqi sinfində saksafonda ifa etdiyi musiqi (bunun 10-a yaxın variantı mövcuddur). -Bartın lövhədə yazdığı cümlə. -Nəhayət, Simsonların divanın ətrafında yığışması. Bu hissəyə serialın pərəstişkarları "divan səhnəciyi" deyirlər. Bu tipli dəyişkən səhnələr həmçinin "Futurama" və "American Dad" multseriallarında da mövcuddur.
— Homerin Bartı boğması
— Bartın Monun barına telefon zəngləri (zəng edərək Bart Modan hansısa gülməli adlı adamı çağırmağı xahiş edir).
— Monun yeni il ərəfəsində özünü öldürmək cəhdləri