Afət Babayeva

Afət Nuhu qızı Babayeva (Afət; 22 mart 1967. İmişli rayonu, Qaradonlu) — Azərbaycanlı şair, publisist. Polis mayoru.

Afət Babayeva
Afət Nuhu qızı Babayeva
Doğum tarixi (57 yaş)
Doğum yeri Qaradonlu,İmişli rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan

Afət Babayeva 22 mart 1967-ci ildə İmişli rayonunun Qaradonlu kəndində anadan olub. 1974-cü ildə orta Qaradonlu kənd orta məktəbin birinci sinfinə daxil olub. 1984-cü ildə orta məktəbi müvəffəqiyyətlə bitirib. Hüquqşünas olmaq istəyir. O, dövrün tələblərinə görə hüquq fakültəsinə daxil olmaq üçün iki illik əmək stajı tələb olunurdu. Ona görə də sənədlərini heç bir ali məktəbə vermir. Bu məqsədlə iki il çalışdıqdan sonra 1986-cı ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə sənədlərini verir. Lakin müsabiqədən keçə bilmir. Elə həmin vaxt Bakı Maliyyə Kredit Texnikumunda əlavə sənəd qəbulu olur və Afət sənədlərini həmin texnikumun hüquqşünaslıq şöbəsinə verir və tələbə adını qazanır.

İkinci dəfə sənədlərini BDU-nun hüquq fakültəsinə 1990-cı ildə verir və daxil olur. 1995-ci ildə hüquq fakültəsini əla qiymətlərlə bitirir.

1989–92-ci illərdə Ədliyə sistemində əmək fəaliyyətinə başlayır. 1992-ci ildən Daxili işlər orqanlarına keçir. 24 ildir ki, daxili işlər orqanlarında zabit kimi xidmət edir, polis mayorudur.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Kiçik yaşlarından bədi yaradıcılıqla məşğul olur. Şeirləri ilk dəfə İmişli rayonunun "Qızıl ulduz" qəzetində dərc olunub.

Afət dövrü mətbuatda; xüsusən "Azərbaycan", "Ulduz", "Litereturnıy Azerbaydjan" junallarında, "Ədəbiyyat qəzeti"ndə və digər mətbu orqanlarda, xarici ölkələrin ədəbiyyat dərgiləri və almanaxlarında dərc olunur.

"Gilənar mövsümü" adlı şeirlər kitabı çap edilib.

  • "Gilənar mövsümü" (şeirlər), Bakı: "Elm və təhsil" nəşriyyatı, 2016.

Afət Babayevanın atası mühəndis, anası tibb işçisi olub. Ailənin 7 uşağından dördüncüsüdür.

Murad adlı oğlu var, o da 6 yaşından şeirlər yazır.