Afət Telmanqızı

Afət TelmanqızıLAF TV-nin həmtəsisçisi (2020-ci ildən), telejurnalist, Azərbaycan Respublikasının əməkdar jurnalisti.

Afət Telmanqızı
Afət Telman qızı Məhərrəmova
Doğum tarixi (48 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Ülfət Məhərrəmov
Uşağı Məhərrəmova Cəmilə. Məhərrəmov Ülvi
Milliyyəti azərbaycanlı
İxtisası Jurnalist
Təhsili Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi
Tanınır telejurnalist, köşə yazar
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 2019

Məhərrəmova Afət Telman qızı 7 noyabr, 1975-ci il, Bakı şəhərində anadan olub. Bakıda İlqar Əbülhəsənov adına 42 saylı orta məktəbi bitirib. 1997-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin bakalavr, 2000-ci ildə isə magistr pilləsini bitirib.

Ali məktəbdə oxuduğu illərdə- 1993–1997-ci illərdə "Səhər" qəzetində", "Müxalifət", "Millət" qəzetlərində, AZTV-də təcrübə keçib. 1997-ci ildən rəsmi əmək fəaliyyətinə başlayıb. İlk iş yeri " Hürriyyət" qəzeti olub.

2000-ci illərdə " Yeni Müsavat" qəzetində müxbir kimi çalışıb. 2001-ci ildən isə ANS TV-də redaktor, sonra Xəbərlər Departamentinin baş redaktoru olub. "Xəbərçi", "Nəzər nöqtəsi", "Açıq söhbət" verilişlərinin aparıcısı olub. İlk dəfə ANS- də müstəqilliyin bərpa tarixinə həsr olunmuş "Var dövlətimiz Azərbaycan" sənədli fìlminin müəllifi olub. Sonralar bir neçə fìlmlərin müəllifì olub. "Hazırcavab oğlan", " Qaraçılar", " Dünyanın qan damarı", " Zamanın yarası" və ümumilikdə 50-dən çox sənədli filmin müəllifì olub. 1 ay ABŞ-də təcrübə keçib. Bir neçə xarici ölkədə səfərdə olub, reportajlar hazırlayıb.

ANS TV fəaliyyətini dayandırdıqdan sonra Space TV-də Xəbərlər Departamentinin baş redaktoru olub. Real TV-də şef redaktor və Real İntervyu verlişinin aparıcısı olub. 2020-ci il, fevralın 9-u MM- ə keçirilən seçkilərdə iştirak edib. Elə həmin il Real TV-dən ayrılıb.

2020-ci il mayın 28-i tarixində həmkarı Ləman Ələşrəfqızı ilə birgə LAF TV-ni təsis edib.

2019-cu il 6 noyabr tarixində Azərbaycan Respublikasında televiziya və radio sahəsinin inkişafında xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə əməkdar jurnalist fəxri adına layiq görülüb.[1]

  1. "Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-07.