Real TV — 2019-ci il aprelin 23-də Milli Televiziya və Radio Şurasının iclasında daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Real Təhlil İnformasiya Mərkəzi” MMC ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tezlik resursuna) müsabiqənin qalibi elan edilib və ona 37-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib.
REAL TV | |
---|---|
Real Televiziyası | |
Ölkə | Azərbaycan |
Yayım ərazisi | Azerspace-1 peykinin əhatə dairələri |
Dil | Azərbaycan dili |
Baş qərargah | Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 19, Bakı, Azərbaycan |
Yaranma tarixi |
15 mart 2018 (əsas yayım) 10 may 2019 (ümumrespublika yayımı) |
Sahibi | Mir Şahin Ağayev |
Şüar |
REAL olana istinad edin REAList olun - gördüyünüzə inanın |
Sayt | realtv.az |
18 iyul 2016-cı ildə fəaliyyəti dayandırılmış ANS TV-nin vitse prezidenti Mirşahin Ağayev 2018-ci ilin əvvəllərində yeni kanalının adını "Real TV" olaraq açıqlayıb.
Əvvəlcə, 28 fevral 2018-ci ildən etibarən peyk televiziyası ilə fəaliyyətə başlayır. Həmin gün “Real TV” adlandırılacaq kanalın yayımı üçün texniki işlər artıq başa çatıb. Belə ki, yeni kanalın fəaliyyəti üçün paytaxtın mərkəzində yeni ofis götürülüb.[1]
5 mart 2018-ci ildə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Həmin iclasda “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. MTRŞ-nın qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib. Beləcə, Mirşahin Ağayev “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru seçilib.[2] Həmin gün test yayımına başladı. “Real TV"-nin peyk yayımına başlayacağı tarix məlum olub. Milli Televiziya və Radio Şurasının aparat rəhbəri Toğrul Məmmədov deyir ki, “Real TV"-nin martın 12-dən sonra “Azərspace-1” peykində yayıma başlaması nəzərdə tutulurdu.[3]
Nəhayət, 15 mart 2018-ci il saat 08:00-də Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə əsas yayıma başladı.[4] Real TV həm Azərbaycanda ən operativ təhlil və informasiya mərkəzi olmaqla, həm də informasiya mühitində öz standartlarını diktə edən qurumdur. Real TV təkcə Azərbaycanın auditoriyasında deyil, həm də bütün dünyanın böyük bir hissəsini hər gün xəbərlərlə təmin edir. Televiziyada gün ərzində yerli və xarici xəbərlər, aktual mövzuların müzakirəsi, təhlili izləyicilərə təqdim olunur. Kanalda öz işinin peşəkarları çalışır.
Real TV-ni hər kəsin izləməsi üçün hər hansı problem yoxdur. Kanal həm kabel televiziyalarında, həm də peyklə yayımlanır.
Qeyd edək ki, televiziyanın Youtube səhifəsinə gün ərzində telekanalda yayımlanan maraqlı sujetlər, müsahibələr də yerləşdirilir.
2018-ci il martın 15-dən sentyabrın 16-dək Real TV 19 saat ərzində (saat 08:00-dən 02:00-yədək) tamaşaçını ölkə daxilində və dünyada baş verən hadisələrlə bağlı xəbərlərlə təmin edirdi.[5]
17 sentyabr 2018-ci ildən artıq 24 saatlıq yayıma keçdi. Bundan sonra Xəbərlə! 24 saat ərzində tamaşaçılara tam fasiləsiz REAL olana istinad etdirərək çatdırır.[6]
23 aprel 2019-ci ildə "Real TV" Milli Televiziya və Radio Şurasının elan etdiyi ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tezlik resursuna) müsabiqənin qalibi elan edilib. Digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Real Təhlil İnformasiya Mərkəzi” MMC-ni ümumrespublika televiziya yayım kanalının açılması üçün müddətsiz lisenziya verilib.[7]
Azərbaycanda xəbər sahəsi üzrə ixtisaslaşmış ikinci televiziya kanalının yerüstü yayıma başlayacağı tarix açıqlanıb.
Real TV-nin yerüstü yayıma mayın əvvəllərində başlaması nəzərdə tutulub.
Bunu Milli Televiziya və Radio Şurasının Texniki nəzarət şöbəsinin müdiri, professor İsa Məmmədov deyib.
O bildirib ki, Real TV-nin yerüstü yayıma çıxması ilə bağlı hər hansı texniki problem yoxdur.[8]
Real TV-nin ümumrespublika yayımına çıxacağı gün bəlli olmuşdu.
Real-ın verdiyi məlumata görə, kanal mayın 10-da ümumrespublika yayımına çıxacağı məlum olmuşdu.
2019-cu il mayın 7-də Milli Televiziya və Radio Şurasının tərəfindən “Real Təhlil İnformasiya Mərkəzi” Mərkəzi MMC-yə verilən ümumrespublika yayımı üçün xəbər kanalı lisenziyası Real TV-yə təqdim olunub.[9]
10 may 2019-cu ildə Real TV Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio Televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyinin (Teleradio İB) respublika ərazisində fəaliyyət göstərən radio-televiziya yayım stansiyaları vasitəsilə, o cümlədən Bakı şəhəri və Abşeron yarımadası ərazisində 48-ci TV kanalda SD, 37-ci TV kanalda isə HD formatında proqramının DVB-T standartında ümümrespublika yayımına başlayıb.
Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Buna qədər isə MTRŞ-in müvafiq qərarına əsasən, "Real Təhlil İnformasiya Mərkəzi" MMC-yə ixtisaslaşmış proqram kimi peyk yayımı üçün müddətsiz lisenziya verilmiş və bunun əsasında Teleradio İB-nin Bakı Teleqüllə Kompleksinin yerüstü peyk stansiyası üzərindən ötürülməklə, Real TV proqramının 11135 MHs tezlikdə "Azerspace-1" peykindən SD formatlı yayımı təmin olunmuşdu.
Hal-hazırda Real TV-ni yalnız Azərbaycanın bütün peyk və kabel şəbəkələrində deyil, həm də adi televizor antennaları vasitəsilə izləmək mümkündür.[10]
28 yanvar 2022-ci ildə "Azerspace-1" peykində HD yayım formatına keçib.[mənbə göstərin]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |