Afaq (qəzet)

"Afaq" (qəzeti) — Kərkükdə 1959-cu ildə çap edilimiş qəzet.

Afaq (qəzeti)
Əməkdaşlar Şakir Hörmüzlü, Mehdi Əl Rical, Ata Tərzibaşı, İzzəddin Abdi, Rəffat Bulcu Yazılar, Asat Naib, Məhəmməd Sadiq Şairli
Təsisçi Suat Hörmüzlü
Təsis tarixi 1959
İlk buraxılışı 1954-cü il 8 may
Ölkə İraq
Dil ərəb

İlk sayı 1954-cü il 8 mayda yayımlanmış qəzetin ərəb və türkman dillərində olan bölmələrində Şakir Hörmüzlü təsisçi idi. "Afaq"ın sahibi Suat Hörmüzlü, baş yazarı Mehdi Əl Rical idi. Qəzetin yarısı ərəb, yarısı türk dilində idi. Nəşrin 7-ci sayında baş yazar Ata Tərzibaşı, məsul rəhbər Husaməddin Salihi olub. "Afaq" beş ilə yaxın fəaliyyət göstərib, 202 sayı nəşr edildikdən sonra bağlanıb. Son sayı 1959-cu il 27 martda işıq üzü görüb. Qəzetin türkcə bölməsində Ata Tərzibaşı, İzzəddin Abdi, Rəffat Bulcu Yazılar, Asat Naib, Məhəmməd Sadiq Şairlinin imzalarına rast gəlmək mümkündür.[1]

  1. Dr. Şəmsəddin KUZƏÇİ. İRAQ MƏTBUAT TARİXİ (1869-2019). Bakı: “CBS”. səh. 77. ISBN 978-9952-516-66-1.