"Əl Turas Əl Şəbi" — 1963-cü ildə Bağdadda folklorla bağlı işıq üzü görmüş dərgi.
"Əl Turas Əl Şəbi" (dərgi) | |
---|---|
Əməkdaşlar | Abdulhəmid Alvəçi, Əhməd Ortaqçı, Rəşid Əli Dakuklu, Şəkibə Vendavi, İzzəddin Abdi Bayatlı və Mehmet İzzət Xəttat |
Təsisçi | Sabir Şakir Zabit |
İlk buraxılışı | 1 sentyabr 1963-cü il |
Ölkə | İraq |
Dil | ərəb |
"Əl Turas Əl Şəbi" dərgisinin ilk sayı 1963-cü il sentyabrın 1-də nəşr edilib. Dərgi türk, ərəb, fars, ingilis, fransız, alman və italyan dillərində dərc olunub. Onun böyük hissəsi ərəb dilində olan materiallara ayrılmış, digər dillərdə isə bir neçə səhifə dərc edilmişdir. Türkman folkloru haqqında məqalələr və folklor örnəklərini əhatə edən dərginin təsisçisi Sabir Şakir Zabit, baş yazarı İbrahim Dakuklu, redaktoru Abdulhəmid Alvəçi və katibi Lütfi Əl Huri idi.
Aylıq dərgidə İbrahim Dakuklu, Sabir Şakir Zabit, Əhməd Ortaqçı, Rəşid Əli Dakuklu, Şəkibə Vendavi, İzzəddin Abdi Bayatlı və Mehmet İzzət Xəttat kimi yazarlar çalışırdı. "Əl Turas Əl Şəbi" dərgisinin bir ili tamam olduqdan sonra onun rəhbəri İbrahim Dakuklu, baş yazarı isə Mahmud Əl İbta olub. Eyni zamanda dərgi ikinci ilində digər dillərdə nəşri dayandıraraq ancaq ərəb dilində fəaliyyətinə davam edib.[1]