Afaq Məlikova (18 yanvar 1947, Bakı) — Azərbaycan rəqqasəsi, Azərbaycan SSR xalq artisti (1978).
Afaq Məlikova | |||
---|---|---|---|
Afaq Süleyman qızı Məlikova | |||
Doğum tarixi | 18 yanvar 1947 (77 yaş) | ||
Doğum yeri | |||
Fəaliyyəti | rəqqasə | ||
Mükafatları |
|
Afaq xanım 1947-ci il yanvar ayının 18-də Bakıda anadan olub. Uşaqlığı müharibədən sonrakı çətin illərə təsadüf edib. Kiçik Afaq elə uşaqlıqdan eşitdiyi musiqiləri dodaqaltı zümzümə edir, rəqs etməyi sevirdi. Qızlarının rəqsə hədsiz marağını görən valideynləri onu Bakı Xoreoqrafiya Məktəbinə təyin edirlər.
Leyla Vəkilovadan dərs alan gənc xanım istedadı sayəsində xalq artisti adına qədər yüksəlir.
Afaq Süleyman qızı 1963–1974-cü illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1974-cü ildən Azərbaycan Dövlət Rəqs Ansamblının solisti və məşqçi pedaqoqudur. Azərbaycan xalq rəqslərinin ifaçısı olan Afaq xanımın repertuarına Şərq xalqları rəqsləri də daxildir.
Bir sıra xarici ölkədə (Türkiyə, MƏR, Polşa, Fransa, İngiltərə, Kanada, Portuqaliya, Almaniya, İspaniya və s.) çıxış etmişdir.
1982-ci ildən Dövlət Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışır.
2017-ci ildə İctimai televiziyada istehsal edilmiş Afaq Məlikova. Rəqs dünyam mənim adlı qısametrajlı sənədli televiziya filmi həsr olunmuşdur.