Afaq Məlikova. Rəqs dünyam mənim (film, 2017)

Afaq Məlikova. Rəqs dünyam mənim qısametrajlı sənədli televiziya filmi rejissor Aydın Əsədulla tərəfindən 2017-ci ildə çəkilmişdir. Film İctimai televiziyada istehsal edilmişdir. Film məşhur Azərbaycan rəqqasəsi, Azərbaycan SSR-in Xalq Artisti Afaq Məlikovanın həyat və yaradıcılığından bəhs edir. Film xalq artistinin 70 illik yubileyi münasibətilə çəkilmişdir.

Afaq Məlikova. Rəqs dünyam mənim
Afaq Məlikova. Rəqs dünyam mənim
Janr sənədli
qısametrajlı
bioqrafik
Rejissor Aydın Əsədulla
Ssenari müəllifi Vidadi Hüseynov
Operator İsmayıl Eyvazi
İstehsalçı İctimai televiziya
İlk baxış tarixi 2017
Filmin növü qısametrajlı sənədli televiziya filmi
Müddət 49 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2017
Rəng rəngli

Məzmun[redaktə | mənbəni redaktə et]

Film məşhur Azərbaycan rəqqasəsi, Azərbaycan SSR-in Xalq Artisti Afaq Məlikovanın həyat və yaradıcılığından bəhs edir.

Afaq Məlikova 1963-1974–cü illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1974–cü ildən Azərbaycan Dövlət Rəqs Ansamblının solisti və məşqçi pedaqoqudur. Azərbaycan xalq rəqslərinin ifaçısı olan Afaq xanımın repertuarına Şərq xalqları rəqsləri də daxildir. 1982-ci ildən Dövlət Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışır.

Film xalq artistinin 70 illik yubileyi münasibətilə çəkilmişdir.

Filmin üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Ssenarist: Vidadi Hüseynov
Rejissor: Aydın Əsədulla
Operator: İsmayıl Eyvazi

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Azərbaycan filmlərinin siyahısı
2017-ci ilin Azərbaycan filmləri
2010-cu illər Azərbaycan filmlərinin siyahısı

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]