Afarar

Afarar — çox nazik yuvarlanmış xəmirdən müəyyən içliklə hazırlanmış məşhur ləzgi milli yeməyi.

Afarar
ləzg. Афар
Aid olduğu milli mətbəxlər
Ləzgi mətbəxi
Təfərrüatları
Tipi Əsas yemək

Afarar ən çox sevilən ləzgi yeməklərindən biridir. Bir çox cəhətlərinə görə çudu və osetin piroqlarına bənzəyir.[1].

Afarlar müxtəlif içliklərlə bişirilir. Afarlar ənənəvi olaraq, ləzgilərin tarixi dağlıq və dağətəyi ərazilərində bitən otlardan hazırlanır (belə otların 50-dən çox növü məlumdur).[2] Afararın içi: çuğundur yarpaqlarından tutmuş gicitkənə qədər müxtəlif otlar ilə doldurula bilər.

Balqabaq afarları populyarlıq baxımından bitki tərkibli afarlardan daha az populyardır, bu yəqin, dağlarda əkin sahələrinin az olması ilə əlaqədardır, hansı ki, burada çox geniş sahələrdə tərəvəz yetişdirmək mümkün olardı. Əksinə, dağlarda daha çox ot yetişir. Afarlar turpdan da hazırlanır. Ancaq bütün tərəvəz növlü afarlar arasında kartoflu afararıar daha çox yayılmışıdır. Ətdən hazırlanan afarlar ləzgilər arasında daha çox məşhurdur. Ət afarlarının hər yerdə olmasının səbəbləri sadədir - dağlılar arasında maldarlıq əkinçilikdən daha geniş inkişaf edib və təsərrüfatda həmişə ət bolluğu vardır. Ənənəvi olaraq, ət afarları quzu və ya mal ətindən hazırlanır. Dağlılar arasında quşçuluq mal-qaradan daha az yayılmışdır və İslam dininə etiqad edən ləzgilər üçün donuz yetişdirmək və donuz ətini yemək dini səbəblərə görə qadağandır.

Hər növ afarar hazırlamağın qaydası eynidir, yeganə fərq, içliyi doldurmadan əvvəl işlənmə və hazırlanması üsulundadır. Əgər bu gicitkən afararıdırsa, yuyulmuş və doğranmış gicitkən götürülüb, bu formada afarar xəmirinin içinə qoyulur.

Balqabaq, turp və ya kartof içliyi sürtgəcdən keçirilərək hazırlanır. Afarar ətlə doldurulursa, adətən quzu və ya mal əti, çox nadir hallarda quş ətindən istifadə olunur. Ət kiçik parçalara doğranılır. Demək olar ki, istənilən afarara duz, soğan və qara bibər əlavə olunur. Yağ kimi əsasən heyvan yağlarından: inək və qoyun yağından istifadə olunur. Bişdikdən sonra afarar iri boşqabda süfrəyə verilir, yumşalması üçün qabın üst səthi kərə yağı ilə yağlanır. Afar isti yeyilən yemək növüdür.[3]

“Afar” sözünün derivatoloji təhlili bu sözün mənası ilə bağlı suala dəqiq cavab vermir. Lakin bu sözün ən ehtimal olunan və ən yaxın təfsiri "fuar" leksemi (rus. çörək) ola bilər. Yəqin ki, bu yeməkdə un istifadə edildiyinə görə bu yeməyi məhz belə adlandırmışlar.

Afararın müxtəlif tərkibli növləri var. Bu növləri aşağıdakılardır:

  1. "Афары: кулинарный рецепт". 2013-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-24.
  2. ATV. "Ləzgi qutabı - Afarın hazırlanması qaydası" (az.). Youtube.com. 04.08.2024. 2024-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-06.
  3. "Ретро кухня. Лезгинское куриное чуду | islamdag.ru". 2018-08-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-24.
  • Гаджиева Г. Р. «Кухня лезгин». Махачкала, 1996 г.