Ləzgilərin mədəniyyəti İslam dininə, Ləzgival əxlaq qaydalarına, Ləzgi soylara (sixil) və Ləzgi dilinin istifadəsinə əsaslanır. Ləzgilərin mədəniyyəti, digər Dağıstan xalqlarında olduğu kimi suvarar (adətlər) və İslamdan ibarətdir. Ən önəmli bayramları Ramazan və Qurban bayramlarıdır.
Ləzgilərin qeyrət, əxlaq və ədəb anlayışlarına Ləzgival deyilir. Ləzgival heç kim tərəfindən yazılmamış, ləzgilərin arasında öz-özünə formalaşmış yüksək əxlaq və davranış qaydalarıdır. Uşaqlıqdan bəri cəmiyyətin hər bir üzvünün həyatının bütün sahələrini əhatə edər. Ləzgival, valideynlər və ləzgi cəmiyyəti tərəfindən nəsildən nəsilə ötürülən əxlaq, şərəf və davranış qaydaların bütünüdür. Bu əxlaqi və etik davranışlar cəmiyyətdə ləzgi qadının namus və şərəfini qorumağa yönəlikdir.[12][13][14]
Ləzgilər İslam dininin Sünni etiqatın Şafii məzhəbin Müridizm təriqətinə aiddirlər[15]. XIX əsrdə ləzgilərin şeyxi Məhəmməd KuraviÇar Rusiyası ilə mübarizə üçün ləzgilərin arasında müridizm hərəkətını başladır, daha sonra bu hərəkata digər Dağıstan xalqları da qoşulur, şeyxin tələbələri arasında ən tanınmışı Şeyx Şamildir.[16]Qafqaz müharibəsindən sonra Çar Rusiyası müridizmə qadağa qoyur, lakin Qafqaz-Rus anlaşmasına əsasən məscidlər fəaliyyətinə davam edə bilirlər.[17] 27 aprel 1930-cu ildə ləzgilər Qazı Məhəmməd Ştulvinin başçılığı altında sovet hakimiyyətinə qarşı üsyan qaldırırlar,[18] lakin 1930-cu ilin noyabrın 29-da bütün üsyançılar edam edilir, məscidlər bağlanır, Quran oxumaq qadağan edilir, dini xadimlər və ailələri isə sürgün edilir.[19] Beləliklə, İslamın təsiri ləzgilərin arasında xeyli azaldılır, lakin 10 il sonra 1940-cı ildə ləzgilər yenidən sürgün edilir, artıq Stalin tərəfindən Mərkəzi Asiyaya. İslamın təbliğinə və Qazı Məhəmməd Xuluxvi, Kiri Buba, Qazı Məhəmməd Ştulvi kimi xalq qəhrəmanlarının adlarının çəkilməsinə belə tamamilə qadağa qoyulur.
Ləzgi soyu (Sixil) — Ləzgilərin müasir soyadlardan öncə istafadə ettikləri qədim soy isimləri, hələ də Ləzgilərin arasında istifadə olunur. Bir Ləzgi soyu təqribən 40-50 ailədən ibarətdir. Çar Rusiyası gələndən sonra ləzgilərə Magomedov, Axmedov kimi soy isimlər verildi. Amma bəzən çar hakimiyyətinin gəlişindən sonra da soyad əvəzinə ləzgilər soylardan istifadə etməyə davam edirdilər. Məsələn, məşhur ləzgilərdən: Kiri Buba - Axmedov yerinə Kiri, Stal Süleyman - Xasanbekov yerinə Stalari, Ştul Muhamməd - Ramazanov yerinə Ştulari.
NOT: Son 10 ildə Ləzgi əhalinin azalmasın səbəbi, uşaqların az doğulması, gənclərin gec evlənməsi, eləcə də iqtisadi səbəblərlə başqa ölkələrə köçüb orada assimilyasiya olmalarıdır.
NOT: Əhalinin sayısını eyni qalmağı üçün ümumi nəsilvermə əmsal ən az 2.2 olması mütləqdir, lakin az saylı xalqlar üçün bu əmsal ən az 3.5 olması vacibdir.
NOT: Son 10 ildə (2009-2019) Ləzgilərin umumi sayı 9.2% azalıb, Ləzgicəni öz ana dili hesab edənlər 15% azalıb, eyni zamanda rusca danışanlar 15,2% faiz çoxalıb.
Ləzgilər Azərbaycan əhalisinin 2,0%-ni təşkil edir (2009).[65] 30-cu illərdə məktəblərdə ana dilinin keçilməsinə baxmayaraq, 1936-cı ildən ləzgi dilində dərslərin keçilməsi ləğv edilmişdir. Bu, ləzgilərin assimilyasiya prosesini gücləndirmiş, xalqı yoxa çıxmaq təhlükəsi qarşısında qoymuşdur[64]. 1993-cü ildən başlayaraq Azərbaycanda ləzgi dilində dərsliklər çap edilir. Hazırda 94 məktəbdə (891 sinif) ləzgi dilində dərslər keçirilir. Həmin məktəblərdə 15 000-ə yaxın şagird təhsil alır. Ləzgilərin sıx yaşadığı Quba-Xaçmaz iqtisadi rayonunun sənayesinin əsasını yüngül və yeyinti sənayesi təşkil edir. Başlıca olaraq meyvə-tərəvəz, şərab və süd məhsulları emal edilir. Rayonun kənd yerlərində xalçaçılıq ənənəvi sənətkarlıq növü kimi inkişaf etməkdədir. Qafqazın qədim xalqlarından olan ləzgilər bu bölgənin iqtisadi inkişafında mühüm rol oynayırlar.
İbrahim bəy Heydərov — 1918–1919-cu illərdə Şimali Qafqaz Dağlı Respublikasında Nəqliyyat, Poçt və Teleqraf naziri, Azərbaycan Xalq Cümhuriyyətində isə Yollar naziri olub.
Şair Ramaldanov — Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi və akademiyanın sabiq rəis müavini, ASQ-nin ehtiyatda olan polkovniki.
Polkovnik Bəhram Ağakişiyev -1 ci qarabag müharibəsi kəşfiyyat dəstə komandiri ehtiyatda olan zabit.1992 ci il Sentyabr ayında Ağdərə Kəlbəcər və Laçın rayonları uğrunda gedən döyüşlərdə xüsusi Rəşadət və igidlik göstərdiyinə görə Azərbaycan Respublikasının Milli qəhrəmanı adına teqdım olunub.Barəsində Cənnət yolçusu adlı film cəkilib. Azərbaycan Respublikası Prezidentinin 02.02.2024 il sərəncamı ılə Heydər Əliyev medalı ilə təltif olunmuşdur.
Samir Kaçayev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, heykəltaraş. 2016-cı il Aprel döyüşləri şəhidi.
1918-ci ildə Ləzgi Digah kəndində baş verən Qanlı dərə soyqırımında erməni-daşnak dəstələri ayrı-ayrı mənbələrə və şahidlərə əsasən 12 minədək ləzgi, eləcə də 4 mindən çox azərbaycanlı və tat əhalini qətlə yetirmişdir. Təpədən-dırnağa kimi silahlanmış nizami qoşun hissələrinə qarşı igidliklə döyüşən yerli əhali həmin dövrdə işğalçıların 5 mindən çox əsgərini tələf etmişdir.[68]
Умеренный шафиитский мазхаб преобладает среди дагестанских народов (кроме ногайцев), его придерживаются чеченцы, большинство ингушей, большая часть живущих в России курдов (потомки выходцев из Армении и некоторое число потомков выходцев из Туркмении), небольшая группа обосновавшихся в России талышей.
↑Алкадари. "Асари-Дагестан". Цитата: "Один ученый-ширванец по имени Хас-Магомед-эфенди, выучившись наукам сначала у него, вернулся к себе, отправился в Ширване в селение под названием Кюрдамир к шейху Исмаил-эфенди, бывшему муршидом тариката накшбенди, выучился у него тарикату и был посвящен, а потом вторично прибыл в то селение (в Юхари-Яраг), но на этот раз он стал там муршидом тариката и стал ему обучать народ. Даже бывшего своего учителя явных наук, упомянутого Магомед-эфенди он обучил тарикату и дал ему инвеституру на наставничество".
↑ 123Всесоюзная перепись населения 1937 года: общие итоги. Сборник документов и материалов. Институт российской истории РАН, «Российская политическая энциклопедия». 2007 ISBN 5-8243-0337-1
↑Перепись 1926 года показывает неполные данные о лезгинах в Азербайджане. Согласно материалам этой переписи (Всесоюзная перепись населения 1926 года, т. 14, Закавказская СФСР, г. Москва, 1929) там было зафиксировано 47 тысяч нелезгин — носителей кюринского, то есть лезгинского языка, которые на самом деле являлись этническими лезгинами (об этом свидетельствуют данные по дайре Хазра, где проживают исключительно лезгины: 84 % были отмечены как тюрки с родным кюринским). Таким образом уточнённая численность лезгин в Азербайджане равнялась 69,3 тысячам в Азербайджане и 181,5 в СССР.
↑ 12Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması, 2009-cu il. XIX cild:Əhalinin milli mənsubiyyətinə, yaşına, ana dili və sərbəst danışdığı digər dillərə görə bölgüsü. — 2011