Afina arxesi

Afina dəniz ittifaqı və ya Afina arxesi - Afinanın başçılığı altında qədim yunan şəhər-dövlətlərinin Delos ittifaqı əsasında e.ə. V əsrin 70-ci illərində yaranmış birlik. Yunan-İran müharibələri dövründə formal olaraq müstəqil və bərabərhüquqlu şəhər-dövlətlərin Əhəmənilər dövləti əleyhinə yaranmış birliyi idi.

Afina dəniz ittifaqı
Yaranma tarixi e.ə. 478
Ləğvolma tarixi e.ə. 403
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yunanıstanda ən böyük və döyüş qabiliyyətli donanmaya malik olan Afina e.ə. 478-ci ildə ittifaqda rəhbərliyi ələ keçirdi. Afina strateqləri birgə hərbi əməliyyatlara, ittifaqın təşkilatçılıq və maliyyə funksiyalarına rəhbərliyi də öz əllərində cəmləşdirdilər. Sonralar afinalılar müttəfiq şəhərlərin daxili işlərinə qarışmağa başladılar. E.ə. 454-cü ildə ittifaqın xəzinəsi Delos adasından Afinaya köçürüldü. Ayrı-ayrı müttəfiqlərin Afinanın qəyyumluğundan xilas olmaq cəhdlərinin qarşısı yubadılmadan alınırdı. Afinalılar qarnizonlarını müttəfiqlərin ərazilərində yerləşdirməyə başladılar. Bu qarnizonlara başçılıq edən Afina müvəkkilləri - yepiskopları yerli əhalinin torpaqlarını müsadirə edib orada afinalıları yerləşdirməyə başladılar. Müttəfiqlərdən müsadirə olunmuş torpaqlarda 10 mindən artıq afinalı yerləşdirilmişdi. İlk vaxtlar xəzinəyə ödənilən könüllü üzvlük haqları sonralar Afinaya onun xalq yığıncağı tərəfindən hər müttəfiq üçün müəyyənləşdirilən xəraca çevrildi. Bütün bunlar Peloponnes müharibəsi üçün bəhanə oldu - Sparta və onun müttəfiqləri yunan şəhərlərini Afina despotizmindən xilas etmək üçün müharibəyə başladılar. Afina dəniz ittifaqı şəhərlərinin Spartanın 10 tərəfinə keçməsi Peloponnes müharibəsinin taleyini Spartanın xeyrinə həll etdi. E.ə. 404-cü ildə Afinanın məğlub olması onun möhtəşəm dəniz ittifaqı kimi ləğvinə gətirib çıxardı. Afina dəniz ittifaqının buraxılması qaliblərin məğlub afinalılara qarşı irəli sürülən ilk tələblərindən biri idi.