Afina hersoqluğu (Greek: Δουκᾶτον Ἀθηνῶν, Doukaton Athinon; Catalan: Ducat d'Atenes) — indiki Yunanıstan ərazisində yaradılmış səlibçi dövlət. 1202–1204-cü illərdə baş tutan Dördüncü Səlib yürüşünün bitməsindən bir il sonra, frankokratiya dövründə yaranmışdır.
Tarixi dövlət | |||
Afina hersoqluğu | |||
---|---|---|---|
|
|||
|
|||
Paytaxt | Afina | ||
Dilləri | yunan dili | ||
Rəsmi dilləri |
|
||
İdarəetmə forması | vassallıq, hersoqluq[d] | ||
Vikianbarda əlaqəli mediafayllar |
Yarandığı andan Fessaloniki krallığının vassalı sayılırdı və 1224-cü ildə süqut etdikdən sonra Afina hersoqu cənub qonşusu Axeya knyazlığının üstünlüyünü tanımışdı. Afina bu dövrdə Konstantinopol patriarxatının tərkibindəki bir metropolit arxeparxlığının iqamətgahı idi. Bununla belə, taxt Bizans imperiyasında iyirmi səkkizinci yeri tutduğu üçün əhəmiyyət kəsb etmirdi.[1] 1261-ci ildə VIII Mixail Paleoloqun qoşunları Konstantinopolu ələ keçirmiş, bu iki dövlət Bizans torpaqlarında səlibçilərin yeganə dövləti olaraq qalmışdır.
1318-ci ildə Kataloniya şirkəti ölkəni ələ keçirmiş və daha sonra hersoqluq Araqon taxt-tacının, Venesiya və Moreya despotluğunun vassalı olmuşdur. 1456-cı ildə Afina Osmanlı imperiyasının hakimiyyətini tanımış, iki ildən sonra həmin dövlət Afina hersoqluğunun qalan torpaqlarını öz mülklərinə birləşdirmişdir.