Venesiya Respublikası


Venesiya Respublikası (venes. Serenìsima Republica de Venesia; it. Serenissima Repubblica di Venezia) — 697-ci ildən 1797-ci ilədək İtaliyanın şimal-şərqində yerləşən, paytaxtı Venesiya şəhəri olan dövlət.

Tarixi dövlət
Venesiya Respublikası
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
Venesiya respublikası 1796-cı ildə.
Venesiya respublikası 1796-cı ildə.
 
 

Paytaxt Erakleya (697-742)
Malamokko (742-810)
Venesiya (810-1797)
Dilləri latın dili, müasir venet dili[d]
Rəsmi dilləri Venesiya dili, Latın dili
Dövlət dini Xristianlıq (Roma-Katolik Kilsəsi)
Əhalisi
  • 1.500.000 nəf.[1]
İdarəetmə forması Merkantil oliqarxiyası altında unitar qarışıq parlamentli konstitusiya respublikası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Respublikanın yaranması

[redaktə | mənbəni redaktə et]

Qədim dövrdə Adriatik dənizinin şimal-qərb sahillərində indiki İtaliyanın şimalında romalılara yaxın olan Venet tayfası yaşayırdı. 697-ci ildə sakinlər Paulo Luçio Anafestonu ömürlük başçı seçdilər. Daha sonra Anafestonun vəzifəsi "Doj" adı daşımağa başladı. Hökumət əvvəlcə Herakleyada, daha sonra 742-ci ildə Malamokko şəhərinə köçürüldü. 810-cu ildə paytaxt Rialtoya köçdü və həmin yerdə Venesiya şəhəri yarandı. 806-cı ildə Venesiya şəhərləri müvəqqəti olaraq Böyük Karlın imperiyasına daxil edildi. Amma artıq 812-ci ildə Venesiya Dalmasiya da daxil olmaqla Bizans İmperiyasına qaytarıldı.

Venesiya respublikası Bizans və Frank imperiyaları arasındakı sərfəli və təhlükəsiz mövqeyindən istifadə edərək qısa bir müddətdə qüdrətli ticarətçi dövlətə çevrildi. Venesiya flotu dəniz döyüşlərində normanları və sarasinləri məğlubiyyətə uğradırdılar və aşağı İtaliya deyilən yerdə slavyanlar üzərində qələbə qazanmışdılar.

Venesiyanın güclənməsi

[redaktə | mənbəni redaktə et]

Venesiya özünün ən qüdrətli dövrünə doj Enriko Dandolonun hakimiyyəti zamanında çatmışdır. Enriko Fransa xaçpərəstləri ilə 1204-cü ildə Konstantinopola uğurlu hücüm edərək şəhəri zəbt etmişdi. Bizansın bölüşdürlməsi zamanı Venesiyaya Bizansın 3/8 ərazisi və Krit adası keçmişdi.

1381-ci ildə Genuya 130 il sürən müharibələrdən sonra süqüta uğradı və Genuyanın əraziləri Venesiyaya daxil oldu. 1404-1405-ci illərdə Viçenza, Verona, Bassano, Feltre, Belluno və Paduya öz əraziləri ilə Respublikanın tərkibinə keçdilər. 1421-ci ildə Friul, 1428-ci ildə Breşiya və Berqamo, 1448-ci ildə isə Berqamo Venesiyanın tərkibinə qatıldı.

XV əsrin sonunda Venesiya respublikası Avropanın ən varlı və qüdrətli dövlətinə çevrildi. Venesiya əhalisi arasında elmə və incəsənətə bağlılıq digər Avropa dövlətləri ilə müqayisədə daha çox idi. Venesiyanın sadə sakinləri varlanırdılar. Buna səbəb respublikada vergilərin az olması idi.

Venesiya respublikasının dövlət quruluşu

[redaktə | mənbəni redaktə et]
Covanni Bellini. Doj Leonardo Loredanonun portreti

Venesiya respublikasının dövlət quruluşunda elita patrisilər hesab olunurdular. Patrisilərdən başqa dövlət işlərində hər bir vətəndaş işləyə bilərdi.

Dövlətin başında Böyük Şura dayanırdı. Böyük Şura əsas şuraları, baş magistrləri və doju seçirdi. Əvvəlcə şura 400-500 nəfərdən təşkil edilirdi, sonralar isə bir neçə minədək artdı. Lakin ən çox 2500 nəfərdən ibarət olub. Belə çıxır ki, Venesiyanın kişi əhalisinin 5% şuranın iştirakçısı idi.

Doj San Markonun 12 prokuratorun içindən seçilirdi. Doj bir çox hüquqlardan məhrum idi. Belə ki, doj Venesiyadan kənara çıxa bilməzdi, şuranın razılığı olmadan heç bir qanun və ya fərman qəbul edə bilməzdi.

Doj yanında kiçik şura fəaliyyətdə idi. Kiçik şura 40 şurasının 3 üzvü və dojun 6 məsləhətçisindən ibarət idi.

Senat 1 illik müddətinə seçilmiş və yenə seçilmək hüququ olan 120 iştirakçıdan ibarət idi. 120 nəfərdən 60 nəfər Böyük Şura tərəfindən seçilirdi. Digər 60 nəfərin nəmizədlikləri isə Senatın ilkin heyəti tərəfindən irəli sürülür və Böyük Şura tərəfindən təsdiq olunurdu. Senatın əsas tərkibindən başqa Senatda əlavə fərqli siyasi orqanlardan 140 nəfər iştirak edirdi. Onlar ümumi səsvermələrdə iştirak edirdilər. Senatı 16 nəfərdən ibarət kollegiya idarə edirdi.

Senat əsas daxili və xarici işlərlə məşğul idi.

40 şurası Respublikanın Ali məhkəməsi funksiyasını yerinə yetirirdi. 40 şurasının heyəti Böyük Şura tərəfindən seçilirdi. 40 şurasının iştirakçıları 16 ay işdən sonra Senata daxil olurdular.

Respublikada siyasi vəziyyətə nəzarət edən 10 şurası fəaliyyətdə idi. 10 şurası senat və kiçik şura ilə dövlətin əsas siyasi qurumu olan tam kollegiyanı yaradırdı.

  1. J. J. Norwich, A History of Venice, səh. 32.
  2. J. J. Norwich, A History of Venice, səh. 53.
  3. J. J. Norwich, A History of Venice, səh. 72.
  4. J. J. Norwich, A History of Venice, səh. 77.
  5. J. J. Norwich, A History of Venice, səh. 83.
  6. Phillips, The Fourth Crusade and the Sack of Constantinople, Introduction, xiii.
  7. C.Michael Hogan, Cydonia, Modern Antiquarian, 23 Yanvar, 2008
  8. J. J. Norwich, A History of Venice, səh. 176-180.
  9. J. J. Norwich, A History of Venice, səh. 269.
  10. How To Reboot Reality — Chapter 2, Labor
  11. Welcome to Encyclopædia Britannica's Guide to History
  12. a b c J. J. Norwich, A History of Venice, səh. 494.
  13. Turnbull, Stephen (2003). The Ottoman Empire 1326–1699. Routledge. səh. 58.
  14. J. J. Norwich, A History of Venice, səh. 591.
  15. J. J. Norwich, A History of Venice, səh. 615.
  16. Marin Sanudo.
  17. a b Catholic Encyclopedia, "Venice", səh. 602.
  18. The Political Ideas of St. Thomas Aquinas, Dino Bigongiari ed., Hafner Publishing Company, NY, 1953. səh. xxx in footnote.
  19. Niccolò Machiavelli, The Prince, trans. & ed. by Robert M. Adams, W.W. Norton & Co., NY, 1992. Machiavelli Balanced Government
  20. Niccolò Machiavelli, Discourses on Livy, trans. by Harvey C. Mansfield and Nathan Tarcov, University of Chicago Press, Chicago, 1996.
  1. http://annales.info/evrope/samarkin/istgeogr.htm#54.