Afina vəba epidemiyası

Afina vəba epidemiyası — Qədim Yunanıstanda şəhər-dövlət olan Afinada, Peloponnes müharibəsinin ikinci ili olan e.ə. 430-cu ildə baş vermiş epidemiyadır. Təxmin etmək olar ki, epidemiya şəhərə şəhər limanı Pireydən daxil olmuşdur. Epidemiya şəhərdə e.ə. 429e.ə. 427-ci ilin qışında da tüğyan etmişdir.

Müharibə Spartanın müttəfiqi olan fivalıların Beotiyada yerləşsə də, Afinanın hökmranlığı altında olan kiçik Plateya şəhərinə hücum etməsilə başladı. Plateyalıların afinalılardan kömək alması ilə, fivalılar şəhəri dərhal ələ keçirə bilmədi və mühasirə taktikası ilə kifayətlənmək məcburiyyətində qaldı.

E.ə. 431-ci ilin mayında altı minlik Peleponnes ordusu Attikaya daxil oldu və Afinanın ətrafını viran etdi. E.ə. 427-ci ilədək (yalnız e.ə. 429-cu il istisna olmaqla) bu hücumlar davam etdi, lakin onların müddəti əsasən üç həftədən artıq olmurdu; bu hücumların ən uzunu olan e.ə. 430-cu ildəki hücum cəmi 40 gün davam etmişdi[1]. Bunun səbəb Peloponnes ordusunun mülki şəxslərdən ibarət olması idi, belə ki, əsgərlər məhsul yığımı vaxtında evlərində olmalı idilər. Həm də, Sparta ilotları daimi nəzarətdə olmalı idi, Spartanın əsas silahlı qüvvələrinin uzaqda olması onların hər an üsyan etməsinə səbəb ola bilərdi.

Spartalıların hücumu afinalıları ilkin müharibə planına uyğun olaraq bütün Attika əhalisini şəhər divarlarının arxasına təxliyə etmək məcburiyyətində qoydu. Qaçqınların şəhərə axışması şəhərdə sıxlığa gətirib çıxardı və əhalinin sayını kəskin artırdı; mənbələr bir çoxlarının küçədə gecələməyə məcburi olduqlarına şahidlik edir[2][3]. Bununla birlikdə, Afina donanması Peloponnes donanması qarşısında üstünlüyünü Rion burnu və Navptak döyüşündə qələbə çalaraq və Peloponnes sahillərini viran qoyaraq sübut etdi.

Perikl — epidemiyanın ən tanınmış qurbanı

E.ə. 430-cu ildə qaçqınlarla ağzına kimi dolmuş Afinada epidemiya başladı[4]. E.ə. 426-cı ilədək kiçik aralıqlarla davam edən edən epidemiya şəhər əhalisinin dörrdə birinin (təxminən 30 min insanın) həyatına son qoydu. Epidemiyanın qurbanları arasında Perikl də var idi. Xəstəlik təkcə Afinanın özündə deyil, həm də onun ordusunda tüğyan edirdi. Epidemiya qarşısındakı qorxu o qədər yüksək idi ki, hətta spartalılar Attikaya hücumu təxirə salmışdı.

Epidemiyanın başlaması Periklin bütün planlarını alt-üst etdi[5]. Afinalıların dini inanclarında epidemiya Alkmeonların lənətinə görə, tanrıların yolladığı növbəti cəza tədbiri kimi göründü[6]. Bu periklə növbəti hücumlar və onun keçmiş nüfuzunun tamamilə itirilməsi ilə nəticələndi. O, vaxtından əvvəl strateq vəzifəsindən uzaqladırıldı[7]. Onu daha sonra maliyyə fırıldaqlarında ittiham edtdilər[8]. Perikl yüksık pul cəzasını ödəməyə məhkum edildi[7][9].

Fukidid ehtimal edirdi ki, xəstəlik Misirdə başlamış və Afinaya Pirey limanından dənizçi-tacirlər tərəfindən gətirilmişdir[10]. Lakin əhalinin həddindən artıq artması, sıxlıq və bununla bağlı olan antisanitariya vəziyyəti xəstəliyin daha da artmasına xidmət edir[11]. Müasir dövr alimləri arasında epidemiyanın səbəbləri haqqında vahid fikir yoxdur[12].

  1. Fukidid. II. 57
  2. Fukidid. II. 52
  3. Aristofan yazırdı: "Səkkiz qışdır o bədbəxt (xalq)
    zirzəmidə, çəlləkdə, qaranlıq anbarlarda,
    qarğa yuvalarında tir-tir əsir soyuqdan.
    "(Aristofan, "Atlılar", sətir 792–793)
  4. Fukidid tərəfindən (II. 49) dəqiqliklə təsvir edilmiş simtomlar səpmə yatalağa işarə edir; bəzi alimlər isə bu xəstəliyi vəbaya bənzədirlər (Qədim Yunanıstan tarixi. V.İ. Kuzişinin ümumi redaktəsi ilə, s.199
  5. Surikov, s.347
  6. Surikov, s.349
  7. 1 2 Plutarx, Perikl, 35
  8. Plutarx. Perikl. 32
  9. Fukidid, II, 65, 3
  10. Fukidid. II. 48. 1–2
  11. Surikov, s.350
  12. Surikov, s.348
  • Surikov İ.E. Perikl: adını dövrünə vermiş insan // Antik Yunanıstan : siyasətçilər dövrün kontekstində: demokratiyanın çiçəklənmə zamanı. — M.:: Наука, 2008. — 383 s. — ISBN 978-5-02-036984-9  (rus.)