Afrika platforması

Afrika platforması dünya xəritəsində.

Afrika platforması - Afrikanın Atlas və Kap istisna olunmaqla əksər hissəsini əhatə edən Kembriyə qədərki platforma. Özülü Nubiya–Ərəbistan, Ahaqqar və başqa qalxanlarda səthə çıxır. Onların arasında Tandenni, Çad, Konqo, Karru və başqa sinklizlər yerləşir. Afrika platformasının şimalı qismən də cənubu kənarları epiplatforma orogenezinə məruz qalmış və Şərqi Afrika dağlıq qurşağı əmələ gəlmişdir. Qurşaq göl və çay dərələrinin inkişaf etdiyi rift-qrabenlər sistemi ilə mürəkkəbləşmişdir.

  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 139. ISBN 978-9952-441-02-4.