Afrika siveti

Afrika siveti (lat. Civettictis civetta) — Məməlilərin Viveralar fəsiləsinə daxil olan yırtıcı heyvan növü. Viveralar fəsiləsi, Afrika sivetləri cinsinə (Civettictis) daxil olan yeganə növ.

Afrika siveti
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Afrika siveti
Beynəlxalq elmi adı

Təsviri[redaktə | mənbəni redaktə et]

Xarici görünüş baxımından Afrika sivetləri pişiyə bənzəyir. Enli kəllə quruluşuna sahibdir. Qulaqları qısa və itidir. Bədənləri uzun və kök formada olur. Orta uzunluğa malik olan quyruqları, bədəninin yarısına bərabərdir. Onların kürkü çox kobud və çox nadirdir. Yal bədənin ortasında uzanır və quyruqda bitir. Xəzinin əsas rəngləri — sarı-boz, üzərində isə tünd qonur ləkələr vardır. Quyruğundakı xəz isə daha sıxdır. Quyruq nahiyyəsində 5 qara qalqavari zolaq vardır. Quyruğun özü isə tünd qonur sonluqla bitir. Afrika sivetlərinin orta uzunluqları 65 sm-doir. quyruqlarınin uzunluğu isə 30 sm-dir. Hündürlükləri 25-30 sm arasında dəyişir.

Qapalı şəraitdə ancaq qəfəslərdə saxlanılır. Əgər erkən çağlarında tutulmuşdursa, asanlıqla əhliləşə bilir.

Yayılması[redaktə | mənbəni redaktə et]

Afrikada Böyük Səhranın cənub sərhəddindən qitənin cənubu istisna geniş ərazidə yayılmışdır.

Yarımnövləri[redaktə | mənbəni redaktə et]

Afrika sivetinin (Civettictis civetta) 6 yarımnövü vardır[3]:

  • C. c. civetta
  • C. c. australis
  • C. c. congica
  • C. c. pauli
  • C. c. schwarzi
  • C. c. volkmanni

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Integrated Taxonomic Information System (ing.). 2003.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. Civettictis civetta Arxivləşdirilib 2010-06-04 at the Wayback Machine в книге Wilson D. E. & Reeder D. M. (editors). 2005. Mammal Species of the World. A Taxonomic and Geographic Reference (3rd ed.). — Baltimore: Johns Hopkins University Press, 2 vols. (2142 pp.) ISBN 978-0-8018-8221-0 [1] Arxivləşdirilib 2012-10-07 at the Wayback Machine