Afrin

Əfrin[2] və ya Afrin[3] (ərəb. عفرين‎, kürd. Efrîn) — Suriyanın şimal-qərbində, Hələb mühafəzəsində şəhər.

Əfrin
36°30′43″ şm. e. 36°52′10″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 270 m
Saat qurşağı
  • Şərqi Avropa vaxtı[d]
Əhalisi
Əhalisi
  • 36.562 nəf. (2004)[1]
Xəritəni göstər/gizlə
Əfrin xəritədə
Əfrin
Əfrin
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əfrin mühafəzənin şimal-qərbində, Əfrin çayının sahillərində, dəniz səviyyəsindən 215 metr yüksəklikdə yerləşir. Mühafəzənin inzibati mərkəzi Hələb Əfrindən 38 kilometrlik məsafədə yerləşir.[4]

1981-ci ilin siyahıya alınmasına əsasən şəhərdə 11.914 insan yaşayırdı.[5] 2012-ci ildə əhalinin sayı hesablamaya əsasən 54.451 nəfər idi. Şəhər əhalisinin əksəriyyəti kürdlərdir.

Roma imperiyası dövründə bu ərazidən keçən ilk yol tikilmişdir. Osmanlı dövründə Əfrində karvansara mövcud idi.[6]. Suriya vətəndaş müharibəsinin əvvəlindən şəhər kürd hərbi dəstələrinin nəzarəti altında idi. 2018-ci ilin yanvarında Zeytun budağı əməliyyatı nəticəsində şəhər türk hərbi qüvvələri və Azad Suriya Ordusunun nəzarətinə keçmişdir.

  1. https://archive.is/20120730224244/http://www.cbssyr.org/new%20web%20site/General_census/census_2004/NH/TAB02-15-2004.htm.
  2. "Suriyada kürdlərlə ərəblər arasında toqquşmalar baş verir - 2004-03-17". VOA. 17 mar 2004. 2023-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-12.
  3. "Türkiyə: Afrin əməliyyatına qarşı söz deyən 40-dan çox adam həbs olunub". 2023-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-12 – www.bbc.com vasitəsilə.
  4. "Maps, Weather, and Airports for `Afrin, Syria". www.fallingrain.com. 2010-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-28.
  5. "World Gazetteer". 2013-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-28.
  6. The Name and the History of Afrin Arxiv surəti 5 aprel 2010 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2010-04-05 at the Wayback Machine (ing.)