Afriqilər — 305–995-ci illərdə Xarəzmdə qədim və erkən orta çağda iqtidarda olan sülalə.
Sülalə öz başlanığıcını Afriq adlı şəxsdən götürür. Bu şəxs Xarəzmdə yeni sülalənin əsasını qoymuşdu. Sülalə Sasanilərin, Ağhunların, Göytürk xaqanlığının, Əməvilər xilafətinin və Samanilər imperiyasının tərkibində olmuşdu.
Bu sülalə haqqında ilkin məlumat verən alimlərdən biri də Əl-Birunidir.
Afriqilər sülaləsi ilkin zamanlar Zərdüştlüyə tapınırdılar.
Afriqilər sülaləsinin pullarında ikihörgüclü dəvə əks olunmuşdu.
712-ci ildə Quteybə bin Müslüm sülaləni Əməvilər xilafətinə tabe etdi.
Afriqilər sülaləsinin hökmdarları Xarəzmşah titulunu daşıyırdılar. 995-ci ildə onların süqutundan sonra bu titula Məmunilər yiyələndilər.
1) Afriq.
2) Baqra.
3) Sahhasak.
4) I Askajamuk.
5) I Azkacvar.
6) I Sahr.
7) Şauş.
8) Hamqari.
9) Buzgar.
10) Arsamuh.
11) II Sahr.
12) Sabri.
13) II Azkacvar. 700-cü ildə hökmdar olmuşdu.[1]
14) Xosrov
15) II Askajamuk.
16) Savaşfan. VIII əsrdə hökmdar olub, 751-ci ildə Çinə elçi göndərmişdi.[2]
17) Torkasbatha.
19) Mənsur ibn Abdullah.
20) Eraq ibn Mənsur.
21) Məhəmməd ibn Eraq.
22) Əbu Sə'id Əhməd.
23) Əbu 'Abdullah Məhəmməd, 995-ci ildə öldürüldü.
Monarx, sülalə və ya onların nümayəndələri ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |