Afta

Afta – bozumtul rəngli fibrinoz-ekssudativ ərplə örtülmüş və kənardan qırmızı rəngli haşiyə ilə əhatə olunmuş oval formalı eroziya.

Aftanın əmələ gəlməsi ilə müşahidə olunan stomatitlərə aftoz stomatitlər deyilir. Adətən ağrılı xroniki gedişə malik və residivləşməyə meyilli olur. Etiologiyası tam aydın deyil, lakin buna səbəb olaraq stresslərin və psixo-emosional gərginliklərin, autoimmun və yüksək həssaslıq reaksiyalarının, xroniki resdiviləşən septiko-allergik vəziyyətlərin, hamiləliyin, infeksiyaların, xüsusilə də streptokok və stafilakokların böyük rolu göstərilir.