Agent 47 — Hitman adlı videooyun seriyasındakı xəyal məhsulu olan bir baş qəhrəmandır.
Agent 47 | |
---|---|
Yaradan | IO Interactive |
Məlumat | |
Cinsi | kişi[d] |
IO Interactive tərəfindən hazırlanmışdır və səsləndirməsini David Bateson etməkdədir. Agent 47, 5 sentyabr 1964-cü ildə Rumıniyada alman həkim Otto Wolfgang Ort-Meyer tərəfindən genetikası dəyişdirilərək yaradılmış birinci sinif bir insan klonudur. Agent 47 doğulduğunda ona ad yerinə ona təyin edilən 640509–040147 kodu verilmişdir və eyni zamanda bu kod başının arxasında barkod şəklində bir döymə olaraq görünməkdədir. Agent 47'nin adı isə bu kodun son iki rəqəmindən alınmışdır. Ümumiyyətlə qara kostyumlu, qırmızı qalstuklu, qara əlcəkli bir şəkildə görünür və Silverballer adındakı silahını heç bir zaman yanından ayırmaz. Xarakterik olaraq, Agent 47 lazımsız danışıqlardan qaçınan, soyuq qanlı, ətrafını yaxşı gözləyəbilən, hissləri qüvvətli və ən əsası hər zaman qarşılaşdığı hadisələr əsnasında tez və alternativ vəziyyətləri düşünə bilən ağıllı bir agentdir. Ətrafındakı hər cür əşyanı silah olaraq istifadə edə bilməsi və müxtəlif silah növlərini ustalıqla istifadə onu digər təhsilli agentlərdən və suiqəstçilərdən üstün etmişdir.
Agent 47 Beynəlxalq Kontrakt Agentliyinə bağlı olaraq çalışan bir sui-qəsdçi, eyni zamanda bir agentdir. Vəzifələri və ya hədəfləri haqqındakı xülasə məlumatları, yenə eyni kontrakt agentliyində çalışan Diana Burnwood adlı xanımdan alır. Agent 47 suiqəsdlərini mümkün olduqca səssiz və kimsəyə bir şey müəyyən etmədən reallaşdırmağa çalışır. Agent 47'nin həyatını və hadisələrini mövzu alan Hitman: Codename 47, Hitman 2: Silent Assassin, Hitman: Contracts, Hitman: Blood Money və Hitman: Absolution adlı 5 oyun; William C. Dietz tərəfindən qələmə alınmış Hitman: Enemy Within adlı bir roman və Timothy Olyphant'ın Agent 47'ye canlandırdığı 2007 istehsalı Hitman adlı bir film var.