Film 2000-ci illərin məşhur video oyununun motivləri əsasında lentə alınıb. Baş qəhrəman gen mühəndisliyinin son məhsulu, ideal qətl maşını "Hitmen – 47 nömrəli agentdir". Adi insanlardan daha çevik, daha güclü və daha ağıllıdır. Emosialar və duyğular ona yaddır, ifrat dərəcədə soyuqqanlı olduğundan ən çətin şəraitlərdə belə tapşırıqları qüsursuz yerinə yetirir. Agent adlandırılan elit, səssiz qatillərin təşkilatına aiddir. Soyuq müharibənin ən qızğın vaxtında hərbi genetik super əsgərlərin hazırlanması üzrə məxfi layihə üzərində çalışıb. Bir çox dünya qüvvələrinin hədəfində olduğundan hər kəsdən gizlənir. Alimi tapmaq cəhdləri heç bir nəticə vermir. Yeganə ipucu onun qızı Katerinadır. Agent 47-i onun izinə düşüb və qarşısına çıxan bütün maneələri aradan qaldırır. Katerinanı tapa bilsə də, o atasının harada olduğunu bilmir və özü də yerini müəyyən etməyə çalışır. Düşdüyü çətin situasiyadan çıxmaqda Katerinaya müəmmalı Con Smit kömək edir. Onun agent olduğunu üzündən də sezmək olur. Con Smit onun atasını öldürmək istəyən təşkilatın super casusudur. Belə ki, Con Smit daha güclü qətl maşınıdır. Onun dərisinin altına xüsusi maddə yerdildiyi üçün onu öldürmək heç də asan deyil. Katerina hərbi genetikin qızı və onun şah əsəridir. Katerinanın əsl adı Agent 90-dır. Yəni o, agent 47-dən 43 səviyyə daha yaxşı casusdur. Bir çox çətinliklərdən sonra Con Smit Agent 47 tərəfindən öldürülür. Agent 47 və Katerinanın bacı-qardaş olduğu məlum olur. Hərbi genetiki öldürmək istəyən və bunun üçün Con Smiti hazırlayan təşkilat rəhbəri ilə birlikdə məhv edilir. Həmçinin də, hərbi genetik (Katerinanın atası) də ölür.
Hitman: Agent 47 | |
---|---|
ing. Hitman: Agent 47 | |
Janr | triller filmi, döyüş-triller[d] |
Baş rollarda |
|
İstehsalçı | 20th Century Fox |
Distribütor | 20th Century Fox, InterCom[d][2][3], Netflix, Disney+ |
İlk baxış tarixi | 2015, 27 avqust 2015[2][3][…] |
Müddət | 96 dəq. |
Ölkələr | |
Dil | ingilis dili |
Əvvəlki film | Hitmən[d] |
Rəng | rəngli |
Çəkiliş yeri | Berlin, Almaniya Federativ Respublikası |
IMDb | ID2679042 |