Ahmet Haluk Dursun

Ahmet Haluk Dursun (1957, Hereke[d], Kocaeli ili19 avqust 2019, Ərciş, Van vilayəti) — Türk tarix professoru və bürokrat.

Ahmet Haluk Dursun
türk. Ahmet Haluk Dursun
Doğum tarixi 1957
Doğum yeri
Vəfat tarixi 19 avqust 2019(2019-08-19)
Vəfat yeri
Vəfat səbəbi yol-nəqliyyat hadisəsi
Dəfn yeri
Vətəndaşlığı
Milliyyəti türk
İş yeri
Təhsili İstanbul Universiteti Ədəbiyyat fakültəsi; Mərmərə Universiteti (müasir dövr tarixi üzrə magistr və doktorantura dərəcəsi)
ahmethalukdursun.com

Təhsili və akademik karyeri[redaktə | mənbəni redaktə et]

Ahmet Haluk Dursun Qalatasaray liseyini bitirib. İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Son Çağ və Türkiyə Respublikası tarixi kürsüsündən məzun olub. Bundan sonra Mərmərə Universiteti Atatürk Təhsil Fakültəsində köməkçi olaraq işə başladı. Mərmərə Universitetində müasir dövrün tarixi üzrə magistr və doktorluq dərəcələrinə yiyələnib[1].

Cəmiyyətdə tutduğu vəzifələr[redaktə | mənbəni redaktə et]

İstanbul Böyükşəhər Bələdiyyəsi Mədəniyyət A. Ş. Ümumi Müdir müşaviri olaraq Miniatürk Proyektinin hazırlanmasında vəzifə almış, Daxili İşlər Nazirliyi tərəfindən Türkiyə Turing və Avtomobil Təşkilatının İdarə heyəti üzvlüyünə təyin edilmiş, 2005–2006-cı illər ilə 2011-ci illər tarixlərində eyni təşkilatda prezident Vekilliyi vəzifəsini icra etmişdi.

2007-ci ildə İstanbul İl Mədəniyyət və Turizm Müdir Köməkçisi vəzifəsini icra etmişdi. 2006–2012-ci illərdə Ayasofya Muzeyinin prezidenti, 2009–2011-ci illərdə Ayasofya Muzeyinin direktoru vəzifələrində çalışmışdır. 2012-ci ilin iyul ayından etibarən 2014-cü ilin ortalarına qədər Topqapı Sarayı Muzeyinin direktoru təyin edilmişdi. 2012–2014 illəri arasında İstanbul Topqapı Sarayı Aşiqlər Dərnəyinin sədri seçildi. 2014-cü ilin iyul ayında Mədəniyyət və Turizm Nazirliyinin müşaviri vəzifəsinə təyin edildi və öz istəyi ilə 2016-cı ilin aprelində təqaüdə çıxdı.

26 may 2017-ci ildə Baş Nazirlik|nazirliyin Dövlət rəsmilərinin Etika Komitəsinə üzv təyin edildi. Eyni zamanda Baş nazirlik Atatürk Mədəniyyət, Dil və Tarix İnstitutu İdarə heyəti üzvü olaraq vəzifə yerinə yetirmişdir. 20 iyul 2018-ci il tarixindən etibarən mədəniyyət və turizm nazirinin müavini təyin edildi.

Mədəniyyət və bədii məzmunlu proqramlar[redaktə | mənbəni redaktə et]

Turkiyə Mədəniyyət və Turizm Nazirliyinin binası

Müxtəlif zamanlarda, müxtəlif qəzetlərdə mədəniyyət və incəsənətə dair məqalələri yazdı, televiziyada tarix, mədəniyyət və incəsənət mövzusunda proqramlar hazırladı və təqdim etdi. Bəzi televiziya sənədli filmlərinin məsləhətçisi idi. Onun hazırlayib və təqdim etdiyi proqramlar bunlar idi; Monqolustanda Göytürk abidələri və türk mədəni irsi; Mustafa Kamal Atatürk|Mustafa Kamalın Rumeliyası — Saloniki; Monastır; Skopye; Sofiya; Qüds sənədli filmi; Şam Sertifikatı; Tuna sənədli filmi(məsləhətçi); Övliya Çələbi Həcc Yolunda (Məsləhətçi); Memar Sinan: Memar (Məsləhətçi); Yaşayan İstanbul; Əncir Toxumları (İskender Pala təqdim edir); Görəsən (Levent Erden və Prof. Gül İrepoğlu aparıcı və şərhçi)[2]

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • İstanbulda Yaşama sənəti
  • Nildən Tunaya Osmanlı yazıları
  • Tuna gözəlləməsi
  • Osmanlı coğrafiyasına səyahət
  • Boğaziçində 40 ilim
  • Ayasofya muzeyi|Ayasofya Muzeyi Mədəni İnvertarlaşdırılması
  • Şəhər və Mədəniyyət: İstanbul, (Redaktor)
  • Əncir toxumları: Hərəkədən cıxdım yola
  • Sivilizasiya körpüsü beş şəhər, (Redaktor)[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2018-08-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-08-20.
  2. "Arxivlənmiş surət". 2019-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-20.
  3. "şahsi internet sitesindeki özgeçmişi". 2018-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-20.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]