Aida Predele

Aida Predele (latış. Aida Prēdele‎; d. 29 noyabr 1950; Smiltene, Latviya - ö. 19 iyul 2015; Riqa, Latviya) — latviyalı dövlət və siyasi xadim; Latviya Seyminin V (1993—1995), VI (1995—1998) və VII (1998—2002) çağırış üzvü.

Aida Predele
latış. Aida Prēdele
6 iyul 1993 – 4 noyabr 2002
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Smiltene, Latviya
Vəfat tarixi (64 yaşında)
Vəfat yeri Riqa, Latviya
Vətəndaşlığı Latviya Latviya
Təhsili
Dini Lüteranlıq

Həyatı[redaktə | mənbəni redaktə et]

Aida Predele 1950-ci il noyabrın 29-da Smiltene şəhərində anadan olub. O, 1974-cü ildə Latviya Universitetini jurnalist ixtisası üzrə bitirib.

Aida Predele 1982-ci ildən 1987-ci ilə qədər Kommunist Partiyasının, 1993-cü ildən 1997-ci ilə qədər Latviyanın Kəndçi Birliyinin, 1998-ci ildən 2011-ci ilə qədər isə «Vətənə və azadlığa» Partiyasının üzvü olub.

Aida Predele 2015-ci il iyulun 19-da Riqa şəhərində 64 yaşında vəfat edib.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1993-cü ildə Latviyanın Kəndçi Birliyinin üzvü olan Aida Predele, V çağırış Latviya Seyminə üzv seçildi.

1995-ci ildə «Vətənə və azadlıqa» Partiyasının üzvü olan Aida Predele, VI çağırış Latviya Seyminə, 1998-ci ildə isə VII çağırış Latviya Seyminə üzv seçildi.

İstinadlar[redaktə | mənbəni redaktə et]