Ailəmiz bədii serialı rejissor Elnur Əliyev tərəfindən 2013-cü ildə ekranlaşdırılmışdır. Film Premier Cinema Prodakşnda istehsal edilmişdir. Serialda ailədə heç bir yerdə işləməyən kişi və oğlu gün ərzində kimi isə aldatmaqla gəlir əldə etmək istəyirlər və hər dəfə də bu cəhdləri boşa çıxır. Evin xanımı isə bütün günü gözəllik salonunda işləyərək evin bütün təlabatlarını ödəməklə məşğuldur. Serialda əsas rolları Əmrulla Nurullayev, Aynur Hacıyeva, Elvir Yunis, Aytən Rəsulzadə, Arzu Rzayev, Günay Əhməd, Rövşən Təhməzli və Sevinc Ağayeva ifa edirlər.
Ailəmiz | |
---|---|
Ailəmiz | |
Janr | komediya |
Rejissor | Elnur Əliyev |
Prodüser | Vüqar Cabbarov |
Ssenari müəllifləri |
Elvir Yunis Rövşən Təhməzli Bəhruz Məhəmməd Rəcəb oğlu Araz Atakişiiyev |
Baş rollarda |
Əmrulla Nurullayev Aynur Hacıyeva Elvir Yunis Aytən Rəsulzadə Arzu Rzayev Günay Əhməd Rövşən Təhməzli Sevinc Ağayeva |
Operatorlar |
Samir Süleymanov İlqar Tural |
Bəstəkar | Hafiz İbrahimli |
Rəssam | Mehriban Əfəndi |
İstehsalçı | Premier Cinema Prodakşn[1] |
İlk baxış tarixi | 21 iyun 2013, Lider Televiziyası |
Filmin növü | bədii serial |
Müddət | 18-30 dəq. (təxminən) |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2013 |
Bölüm sayı | 18 |
Rəng | rəngli |
Bu gün cəmiyyətimizdə və ailələrimizdə sosial problemlərin olması və bundan sui-istifadə edən bəzi insanlar danılmazdır. Bu cür insanların hərəkətləri ətrafdakılara pis nümunə olmaqla yanaşı, ailələrində olan uşaqlarında tərbiyəsinə mənfi təsirini göstərir.[2]
Serialda ailədə heç bir yerdə işləməyən kişi (Əmrulla Nurullayev) və oğlu (Elvir Yunis) gün ərzində kimi isə aldatmaqla gəlir əldə etmək istəyirlər və hər dəfə də bu cəhdləri boşa çıxır. Evin xanımı (Aynur Hacıyeva) isə bütün günü gözəllik salonunda işləyərək evin bütün təlabatlarını ödəməklə məşğuldur.[2]
Film günün aktual problemlərini komediya janrında öz yozumu ilə tamaşaçılara çatdıraraq tənbəl, asan pul qazanmaq və qadınların hesabına yaşamaq istəyən kişiləri gülüş hədəfinə çevirir.[2]
Film 50 seriya çəkilməliydi, lakin 18 seriya ilə yarımçıq qaldı.[2]
Ssenarist: Elvir Yunis, Rövşən Təhməzli, Bəhruz Məhəmməd Rəcəb oğlu, Araz Atakişiiyev
Rejissor: Elnur Əliyev
Operator: Samir Süleymanov, İlqar Tural
Prodüser: Vüqar Cabbarov
Rəssam: Mehriban Əfəndi
Bəstəkar: Hafiz İbrahimli
Əmrulla Nurullayev — Aslan
Aynur Hacıyeva — Ləman
Elvir Yunis — Ayxan
Aytən Rəsulzadə — Aydan
Arzu Rzayev — Salman Babayev
Günay Əhməd — Fidan
Rövşən Təhməzli — Qəzənfər
Sevinc Ağayeva — Arzu
Azərbaycan filmlərinin siyahısı
2013-cü ilin Azərbaycan filmləri
2010-cu illər Azərbaycan filmlərinin siyahısı