Mehriban Əfəndi

Mehriban Əfəndi (tam adı: Mehriban Cavanşir qızı Əfəndiyeva d. 5 may 1968) — Azərbaycan sürrealisti, kino və geyim rəssamı, Azərbaycanın əməkdar rəssamı (2016).

Mehriban Əfəndiyeva
Doğum tarixi (56 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti Rəssamlıq
Stil Sürrealizm
Mükafatları "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 2016

Mehriban Əfəndiyeva 1968-ci ildə Bakı şəhərində anadan olub. Ə. Əzimzadə adına rəssamlıq məktəbini, Moskvada "Soyuzmultfilm"in animasiya məktəbini bitirib. "Azərbaycanfilm"də çəkilən bir çox animasiya filmlərində qrafik-animator, bədii filmlərdə geyim üzrə rəssam kimi çalışır.

Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Dizaynerlər İttifaqının üzvüdür. Əsərləri Azərbaycanda və xarici ölkələrin qalereyalarında nümayiş etdirilib.[1]

29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar rəssamı fəxri adına layiq görülmüşdür.[2]

Xarici ölkələrdə uğurları

[redaktə | mənbəni redaktə et]

24 avqust 2012-ci ildə əsərləri ABŞ-nin Muskeqon şəhərindəki "Dünya incəsənəti" qalereyasına nümayiş etdirişmişdir. Sərgidə 12 rəssamın əsərləri də nümayiş olunmuşdur. Rəssam qalereya ilə uzunmüddətli əməkdaşlıq barədə təklif alıb. Bu rəssamın bu il ABŞ sərgilərdə üçüncü iştirakıdır.[3]

  1. Əndazədən çıxanda (film, 1988)
  2. Gəldi kosa (film, 1988)
  3. Qaravəlli (film, 1989)
  4. İthaf (film, 1990)
  5. Müqəddəs oda yanaram (film, 1991)
  6. Kənar adamlar (film, 1992)
  7. Qırmızı qatar (film, 1993)
  8. Qara ney (film, 1994)
  9. Özgə vaxt (film, 1996)
  10. Otel otağı (film, 1998)
  11. Hacı Qara (film, 2002)
  12. Məkanın melodiyası (film, 2004)
  13. Qızlar (film, 2007)
  14. Məhkumlar (film, 2007)
  15. Absurdistan (film, 2008)
  16. Qaydasız döyüş (film, 2009)
  17. Ailəmiz (film, 2013)
  18. Alınmaz qalanın qəhrəmanları (film, 2013)
  19. Qartal yuvası (film, 2013) - quruluşçu rəssam
  20. Ay brilliant (film, 2015)
  21. Son nəfəsədək (film, 2018)
  1. Yeganə. Mehriban Əfəndinin quruluşçu rəssam olduğu film mükafat qazanıb: [Fransada keçirilən “Cinema & Costume Moulins” festivalında ən yaxşı geyim rəssamı kimi ödülə layiq görülən rəssam haqqında] //Mədəniyyət.- 2011.- 7 yanvar.- S. 11.
  2. President.az. "Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 29 iyul 2016. 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-29.
  3. "В США пройдет выставка работ азербайджанской художницы". 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]