Ajitasiya (fr. agitation – həyəcan,[1] təlaş;[2]) — tez-tez narahatlıq və qorxu hissi ilə müşayiət olunan güclü emosional həyəcanla davam edən hərəki narahatlıq.[3] Buna səbəb katatoniya sindromu, alkoqol deliriyası, melanxolik depressiyada ümidsizlik partlayışları, narahatedici depressiya,[3] qarışıq depressiya[4] və bəzi digər psixi pzountular ola bilər. Bu vəziyyətdə olan bir insan son dərəcə təlaşlı olur, yalnız sadə avtomatlaşdırılmış hərəkətləri yerinə yetirə bilir. Boşluq və düşüncəsizlik hissi yaranır, düşünmə qabiliyyəti pozulur, hadisələr arasında mürəkkəb səbəb-nəticə əlaqələri qurulur.
Ajitasiya | |
---|---|
XBT-10 | R45.1 |
XBT-9 | 308.2 |
MeSH | D011595 |