Akşay Xanna

Akşay Xanna (28 mart 1975[1], Bombey) — məşhur Bollivud aktyorudur. Bir neçə mükafatın, o cümlədən "Kişi rolunda ən yaxşı kinodebüt" nominasiyasında "Filmfare Awards", "Screen Awards" və IIFA Awards mükafatlarına layiq görülüb. “Sərhəd”, “Sirrimi bilirsən”, “Atam Qandi” və sair filmlərdə çəkilib. Akşay Xanna 28 mart 1975–ci ildə Hindistanın Mumbay şəhərində anadan olub. Onun atası Vinod Xanna məşhur hindistanlı aktyorprodüserdir. Mumbay şəhərində Kişor Nemit Kapur adına İnstitutu bitirib. 1977-ci ildə “Sərhəd” adlı filmdəki rolu ona "Ən yaxşı ikinci dərəcəli kişi rolu" nominasiyasında "Filmfare Awards" mükafatı qazandırıb. Bir neçə ildən sonra Akşay kinodan gedərək təhsilini davam etdirmək qərarına gəlir. 2 illik fasilədən sonra, 2002-ci ildə “İnsanın alçaqlığı” və “Sirrimi bilirsən” filmlərində çəkilir. Hər iki film uğur qazanır. Akşay yerinə yetirdiyi uğurlu işinə görə atasının onunla fəxr etməsindən qürur keçirirdi. O zamandan Akşay çəkilişlərə fasilə vermədən çalışaraq məşhurlaşıb və qadın pərəstişkarların qəlbini ələ alıb. Son bir neçə ildə rejissor Nirac Voraboyevikin komediya janrında olan “Uğura gedən yol”, kəskin janrda olan “Qəzəb”, macəra janrında olan “Yalan kralı” filmində, 2012-ci ildə rejissor Rumi Cafferinin “Ətrafda yalnız oğrulardır” filmində çəkilmişdir.

Akşay Xanna
Doğum tarixi 28 mart 1975(1975-03-28)[1] (49 yaş)
Doğum yeri
Vətəndaşlığı
Atası Vinod Xanna
Fəaliyyəti kino aktyoru
Fəaliyyət illəri 1997-ci ildən
IMDb ID0451379
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  1. 1 2 Deutsche Nationalbibliothek Record #1029090491 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.