Akaşi Kaykyo körpüsü (yap. 明石海峡大橋) — dünyada ən uzun asma körpüdür. Yaponiyada yerləşən bu körpü Honşu və Avaji adalarını birləşdirir. "Mirvari Körpü" adi ilə də tanınır.
Akaşi Kaykyo körpüsü | |
---|---|
明石海峡大橋 | |
34°36′59″ şm. e. 135°01′13″ ş. u.HGYO | |
Keçid | Akaşi boğazı |
Yeri | Avaci[d] |
Uzunluğu |
|
Hündürlüyü | 282,8 m |
Tikintinin başlanma tarixi | may 1986 |
Tikintinin bitmə tarixi | 18 sentyabr 1998 |
Açılışı | 5 aprel 1998 |
Vikianbarda əlaqəli mediafayllar |
Asma körpü tikilməzdən əvvəl bütün daşımalar Akaşi boğazı vasitəsilə həyata keçirilirdi. Bu isə olduqca təhlükəli idi. Çünki boğazda tez-tez güclü qasırğa baş verirdi. 1955-ci ildə yenə də belə bir qasırğa baş verir və 2 daşıyıcı gəmi qəzaya uğrayır. Bundan sonra Yapon dovləti ciddi tədbir görməyə məcbur olur. Və asma körpünün layihəsi hazırlanır.
Əvvəlcə körpü həm dəmiryol, həm də avtomobil yolu kimi layihələndirilmişdi. 1988-ci il aprel ayında layihəyə başlandığı zaman dəyişiklik edilir və təkcə avtomobil yolu kimi inşaa edilmək qərarı qəbul edilir. Buna görə də inşaat işləri may ayında başlayır. 6 zolağlı bu körpünün inşası 5 aprel 1998-ci ildə başa çatdı. Akaşi Kaykyo körpüsü fəal seysmik və fırtınalar baş verən ərazidə yerləşir. Asma körpü texnalogiyasının ən son versiyasından istifadə edilməklə inşa edilib.
Körpü 3 aşırımdan ibarətdir. Orta hissənin uzunluğu 1.991 m. (6.532 ft), digər 2 hissə isə hər biri 960 m. (3.150 ft). Beləliklə, körpünün ümumi uzunluğu 3.911 m. (12.831 ft).
Körpünün qiyməti 500 mln. yen dəyərləndirlir. Körpüdən istifadə pulludur. İstifadə haqqı isə 2.300 yendir. Gün ərzində 23 000-dən çox maşın körpüdən istifadə edir.
Yaponiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |