Bu məqalə qaralama halındadır. |
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi - Azərbaycanda xəstəxana.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi | |
---|---|
Yerləşir | Bakı, 6-cı mikrorayon, Cavadxan küç, 32/15 |
Yaradılıb | 1946 |
Əvvəlki adı | Elmi-Tədqiqat Göz xəstəlikləri İnstitutu |
Direktor | Elmar Qasımov |
1946-cı ildə Elmi-Tədqiqat Göz xəstəlikləri İnstitutu fəaliyyətə başlamışdır.
İnstitutun ilk direktoru tibb elmləri namizədi M. Ə. Abbasov, elmi işlər üzrə direktor müavini – ilk qadın tibb elmləri doktoru, professor Sona Vəlixan olmuşdur.
1957-ci ildə instituta rəhbərliyi Nazim Əfəndiyev öz üzərinə götürmüşdür və bu ildən başlayaraq bu instituta 40 il ərzində rəhbərlik etmişdir. İnstitutun tarixində onun şəxsiyyəti unudulmaz bir iz qoymuşdur. N. M. Əfəndiyevin səyləri nəticəsində institutun kollektivi öz tərkibində yüksəkixtisaslı, zəkalı mütəxəssisləri, xalqına və vətəninə fədakarcasına xidmət göstərən əsl ziyalıları toplamışdır.
1998–2005-ci illərdə institutun direktoru vəzifəsini K. T. Kərimov tutmuşdur.
21 yanvar 2002-ci il tarixdə institut yüksək bir şərəfə layiq görülmüşdür. Akademik Zərifə Əliyevanın milli oftalmologiyanın inkişafında qiymətə gəlməz xidmətlərini, Azərbaycan oftalmologiya elminin görülməmiş bir səviyyəyə qaldırmağını və dünyada tanıtdırmağını, Oftalmologiya institutunun yeni binasının tikintisi haqda təşəbbüsünü və səyini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin Heydər Əliyevin 869 saylı sərəncamı ilə institutumuza görkəmli alim, akademik Z. Ə. Əliyevanın adı verilmişdir.
2006-cı ildən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar Elm Xadimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş oftalmoloqu, tibb üzrə elmlər doktoru, professor Qasımov Elmar Mustafa oğlu rəhbərlik edir.