Akadi yarımadası

Akadi yarımadası (fr. La Péninsule acadienne) — Nyu-Bransuik (Kanada) vilayətinin şimal-şərqində yerləşən yarımada. Şimaldan Şalyor körfəzi, şərqdən isə Müqəddəs Lavrenti körfəzi ilə əhatələnmişdir.

Akadi yarımadası
Yerləşməsi
47°30′ şm. e. 65°10′ q. u.
Akvatoriya Sarı dəniz
Ölkə  Kanada
Akadi yarımadası xəritədə
Akadi yarımadası
Akadi yarımadası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nə zamansa vilayətinin əhalisi balıq ovu ilə məşğul olurdular. Bu hətta sənaye əhəmiyyətinə qədər yüksəlmişdi. Lakin balıq ehtiyatları olduqca azlmışdır. Hazırda yarımada ərazisində turizm inkişaf etmişdir. Turistləri bura dəniz çimərlikləri və akad mədəniyyəti özünə cəlb edir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Təqribi olaraq 3000 il öncə yarımadada Mikmakilər. 1604-ci ildə yarımada ərazisində ilk fransız koloniyası salınmışdır. XVIII əsr Akadiya İngilislərin nəzarətinə keçmişdir.

XIX əsrin sonlarından vilayətin akadiyalılar öz dillərinin rəsmi dil statusu alması üçün mübarizəyə başlamışdır. Mübarizə əsasən dinc yollarla aparılırdı. Bircə 27 yanvar 1875-ci ildəki faciyə istisnadır. Polislə ilə toqquşma zamanı bir ingilis polis Con Qifford (ing. John Gifford) və gənc akadiyyalı Lui Mayyo (fr. Louis Mailloux) həlak olmuşdur. Lui xalq qəhrəmanını hesab edilir. Onun haqqında hətta mahnılar bəstələnmişdir.

Dilləri[redaktə | mənbəni redaktə et]

1960-cı illərdə Nyu-Bransvildə kütləvi çıxışların sonucu olaraq vilayət Kanadanın yeganə iki dilli vilayətinə çevrilmişdir. Ancaq vilayətdə yaşayan ingilislərin böyük qismi fransız dilini bilməsədə, fransızlar isə əksinə ingilis dilini bilirlər.

Əhalisinin az bir qismi isə Mikmak dilində danışır.

Mətbuat[redaktə | mənbəni redaktə et]

Yarımada ərazisində Akad nuel (fr. Acadie nouvelle) adlı qəzet buraxılır.

Mənbə[redaktə | mənbəni redaktə et]