Akdəniz heykəli

Ağdəniz heykəli (türk. Akdeniz Heykeli) – İlhan Koman tərəfindən 1980-ci ildə hazırlanmış heykəl. Heykəl ilk öncə Böyükdərə küçəsində qoyulmuşdu.[1]

Ağdəniz heykəli
türk. Akdeniz Heykeli
Heykəlin görünüşü
Heykəlin görünüşü
Xəritə
Ölkə Türkiyə Türkiyə
Yerləşir İstanbul
Heykəltaraş İlhan Koman
Sifarişçi Halk Sigorta (Yapı Kredi Sigorta)
Material metal lövhələr
Saxlanıldığı yer
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ağdəniz heykəli İstanbulun ən tanınmış heykəllərindən biridir.[2][3] Bir-birinə eyni uzunluqda, 12 mm qalınlığında 112 metal lövhənin yan-yana gətirilməsi ilə yaranan qadın təsvirindən ibarətdir.[2] İnsan qucaqlaşmasını təsvir edərkən heykəltəraşın Aralıq dənizini xatırlaması səbəbi ilə adının "Akdəniz" (türk dilində Aralıq dənizi üçün işlədilir) olduğu ifadə olunur.[2] Kağız kəsmə-qatlama üsulu ilə hazırlanan heykəl 4,5 ton ağırlığındadır. Əsər heykəltəraşı İlhan Komana 1981-ci ildə Sədaf Simavi Fondu Təsviri İncəsənət Mükafatını qazandırmışdır.[4]

Yerləşdirilməsi

[redaktə | mənbəni redaktə et]

Halk Sigorta (daha sonra Yapı Kredi Sigorta) şirkətinin sifarişi ilə hazırlanan heykəl əvvəlcə şirkətin Böyükdərə küçəsində yerləşən binasının qabağına yerləşdirilmişdi. 2005-ci ildə İlhan Komanın sərgisinə görə bir müddət Qalatasaray meydanına yerləşdirilən heykəl daha sonra Halk Sigorta şirkətinin Yapı Kredi Sigorta şirkətinə çevrilməsindən sonra Beşiktaş səmtinin Levent rayonundakı şirkət binasının qabağına qoyulmuşdur.[2] 2014-cü ildə İsrailin Qəzzəyə hücum etməsinə etiraz etmək məqsədilə yaxınlıqdakı İsrail səfirliyi önündə etiraz aksiyası keçirən etirazçılar tərəfindən məhv edilmişdir.[3] Bu hadisədən sonra Ədirnə xalqı heykəlin Ədirnəyə gətirilməsi üçün imza kampaniyası başlatmış, Antalyanın Muradpaşa ilçəsi də heykəlin Aralıq dənizi regionunda olmalı olduğunu əsas gətirərək heykələ ev sahibliyi etmək üçün müraciət etmişdi.[5]

2017-ci ildə heykəl İstiqlaliyyət küçəsində yenicə inşa edilmiş Yapı Kredi İncəsənət Binasının üçüncü mərtəbəsində küçədən görünəcək vəziyyətdə yerləşdirilmişdir.[1]

  1. 1 2 "Akdeniz Heykeli Bir Kez Daha Taşınıyor". Sanatatak. 2017-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2017.
  2. 1 2 3 4 "Akdeniz Heykeli Protestoya Kurban Gitti". Arkitera (türkcə). 18 iyul 2014. 2017-09-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2017.
  3. 1 2 "Akdeniz Heykeli'nin İsrail'le ne alakası var?". Diken (türkcə). 18 iyul 2014. 2017-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2017.
  4. "Akdeniz Heykeli'nin üzücü hikayesi Kaynak: Akdeniz Heykeli'nin üzücü hikayesi". Gerçek Gündem (türkcə). 20 iyul 2014. 2017-09-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2017.
  5. "İsrail protestosunda kolu kırılan Akdeniz Heykeli'ne talip çok!". Diken (türkcə). 24 iyul 2014. 2017-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2017.