Akif Əliyev (geoloq)

Əliyev Akif İsmayıl oğlu (4 fevral 1934, Gəncə2 sentyabr 2017, Bakı) — Azərbaycan geoloqu, geologiya-minerologiya elmləri doktoru (1991), professor (1996), Azərbaycan Dövlət Mükafatı laureatı (1988).

Akif Əliyev
Doğum tarixi 4 fevral 1934(1934-02-04)
Doğum yeri
Vəfat tarixi 2 sentyabr 2017(2017-09-02) (83 yaşında)
Vəfat yeri
Elm sahələri geologiya
Elmi dərəcəsi
Elmi adı
İş yerləri
Təhsili
Mükafatları Azərbaycan SSR Dövlət mükafatı

Akif Əliyev 4 fevral 1934-cü ildə Gəncə şəhərində doğulub. 1956-cı ildə Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsini bitirmişdir. 1959-cu ilədək neft mədənlərində çalışmışdır.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1962–1966-cı illərdə Azərbaycan SSR EA Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) kiçik elmi işçi, 1966–1979-cu illərdə Ümumittifaq Elmi Tədqiqat və Layihə Qaz İnstitutunda laboratoriya rəhbəri, 1979–1988-ci illərdə "Dövlətdənizneftqazlayihə" İnstitutunda baş geoloq, elmi işlər üzrə direktor müavini, 1988–1991-ci illərdə Hindistanda Sovet İttifaqı ekspertlər qrupunun baş mühəndisi vəzifələrində çalışmışdır.[1]

1992-ci ildən ARDNŞ-də şöbə müdiri, xarici iqtisadi əlaqələr üzrə rəis müavini işləmiş, eyni zamanda AMEA Geologiya və Geofizika İnstitutunda aparıcı elmi işçi kimi fəaliyyət göstərmişdir.

Akif Əliyev 200-dən çox elmi əsərin, o cümlədən bir neçə monoqrafiya və kitabın, 10 ixtiranın müəllifidir.

SSRİ-nin və Azərbaycanın neftqazlılıq və tektonikasına dair dərc edilmiş silsilə xəritələrin və atlasların həmmüəllifidir.

  1. "ƏLİYEV Akif İsmayıl oğlu". 2022-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-28.