Bu məqalə qaralama halındadır. |
Əliyev Akif İsmayıl oğlu (4 fevral 1934, Gəncə – 2 sentyabr 2017, Bakı) — Azərbaycan geoloqu, geologiya-minerologiya elmləri doktoru (1991), professor (1996), Azərbaycan Dövlət Mükafatı laureatı (1988).
Akif Əliyev | |
---|---|
Doğum tarixi | 4 fevral 1934 |
Doğum yeri | |
Vəfat tarixi | 2 sentyabr 2017 (83 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | geologiya |
Elmi dərəcəsi | |
Elmi adı |
|
İş yerləri | |
Təhsili | |
Mükafatları |
Akif Əliyev 4 fevral 1934-cü ildə Gəncə şəhərində doğulub. 1956-cı ildə Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsini bitirmişdir. 1959-cu ilədək neft mədənlərində çalışmışdır.
1962–1966-cı illərdə Azərbaycan SSR EA Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) kiçik elmi işçi, 1966–1979-cu illərdə Ümumittifaq Elmi Tədqiqat və Layihə Qaz İnstitutunda laboratoriya rəhbəri, 1979–1988-ci illərdə "Dövlətdənizneftqazlayihə" İnstitutunda baş geoloq, elmi işlər üzrə direktor müavini, 1988–1991-ci illərdə Hindistanda Sovet İttifaqı ekspertlər qrupunun baş mühəndisi vəzifələrində çalışmışdır.[1]
1992-ci ildən ARDNŞ-də şöbə müdiri, xarici iqtisadi əlaqələr üzrə rəis müavini işləmiş, eyni zamanda AMEA Geologiya və Geofizika İnstitutunda aparıcı elmi işçi kimi fəaliyyət göstərmişdir.
Akif Əliyev 200-dən çox elmi əsərin, o cümlədən bir neçə monoqrafiya və kitabın, 10 ixtiranın müəllifidir.
SSRİ-nin və Azərbaycanın neftqazlılıq və tektonikasına dair dərc edilmiş silsilə xəritələrin və atlasların həmmüəllifidir.
Elm xadimi ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |