Akif Abbasov (əsgər)

Abbasov Akif Elşən oğlu (25 mart 2001, Ağcabədi rayonu16 yanvar 2020, Tovuz rayonu) — əsgər.

Akif Abbasov
Şəxsi məlumatlar
Doğum tarixi 25 mart 2001(2001-03-25)
Doğum yeri
Vəfat tarixi 16 yanvar 2020(2020-01-16) (18 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Şəhid
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2019-2020
Rütbə Əsgər

Həyatı[redaktə | mənbəni redaktə et]

Akif Abbasov 25 mart 2001-ci ildə Ağcabədi rayonunda anadan olub. Ağcabədi şəhər 1 saylı orta məktəbində orta təhsilini alaraq 2019-cu ilin aprel ayında Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətə yollanıb.

Tovuz rayonunun Ağdam kəndi istiqamətində qulluq edən Akif Abbasov 16 yanvar 2020-ci il tarixində doyüş tapşırığını yerinə yetirərkən düşmənin basdırdığı minaya düşüb. Şəhidin nəşi Azərbaycan-Ermənistan sərhədində neytral ərazidə tapılıb.

Şəhid hərbçi 22 fevral 2020-ci il tarixində Ağcabədi Şəhidlər Xiyabanında dəfn edilib.

Ölümündən sonra medalla təltif edilib.

İstinadlar[redaktə | mənbəni redaktə et]