Akif Səməd

Akif Səməd (22 iyul 1959, Qazax rayonu6 iyul 2004, Bakı) — Azərbaycanlı şair, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1997).

Akif Səməd
Akif Səməd oğlu Məmmədov
Təxəllüsü Səməd
Doğum tarixi
Doğum yeri Aslanbəyli, Qazax rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (44 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Təhsili Azərbaycan Dövlət Universiteti
İxtisası jurnalistika
Fəaliyyəti şair
Əsərlərinin dili Azərbaycanca

Məmmədov Akif Səməd oğlu 1959-cu il iyulun 22-də Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1976-1982).

2004-cü il iyulun 6-da Bakıda vəfat etmiş, doğma Qaymaqlı kəndində torpağa tapşırılmışdır.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

"Gənc müəllim" qəzeti və "Mərhəmət" jurnalı redaksiyalarında işləmiş, Azərbaycan Dövlət Teleradio Şirkətində redaktor vəzifəsində çalışmışdır. Tələbəlik illərindən bədii yaradıcılıqla ciddi məşğul olmuşdur. Şeirləri dövri mətbuatda dərc edilmişdi. "Qiblə yelləri" (1992), "Uzaqlardan gəlirik" (1994), "Adəmdən" (1995), "Özümə yol" (1996) kitabları nəşr olunmuşdur.

  1. "Qiblə yelləri" (1992),
  2. "Uzaqlardan gəlirik" (1994),
  3. "Adəmdən" (1995),
  4. "Ömrü özünə yaşasan" (1996)
  5. "Özümə yol" (2004)
  • XX əsr Azərbaycan yazıçıları,Ensiklopedik məlumat kitabı. Bakı, 2011.