Akkani burnu

Akkani burnu — Çukot yarımadası sahillərində yerləşən, Berinq dənizinə daxil olan Meçiqmen buxtası ilə yuyulan burun. İnzibati cəhətdən Çukot Muxtar dairəsinin Çukot rayonu ərazisinə daxildir.

Akkani burnu
Yerləşməsi
65°29′29″ şm. e. 171°10′39″ q. u.
Akvatoriya Berinq dənizi
Ölkə  Rusiya
Akkani burnu xəritədə
Akkani burnu
Akkani burnu

çuk. Ыкынин sözündən əmələ gəlmişdir. Mənası «soyuq» anlamındadır. Digər versiyaya görə isə «yeddi yurt»[1] mənasını verir.

Burun yaxınlığında morj yatağı vardır[2].

Akkani qəsəbəsi[redaktə | mənbəni redaktə et]

Burnun şimal-şərqində dəniz məməliləri ovlayanlar tərəfindən salınmış qəsəbə vardı. 1960-ci illərdə burada 150 nəfər yaşayırdı. 1978-ci ildə sakinlər Lorinoya köçürlər. Ərazi ov düşərgəsi kimi istifadə edilir. 1991-ci ildən qəsəbədə sakinlər müşahidə edilir. Amma rəsmi olaraq yaşayış məntəqəsi yaşayışı olmayan yer kimi qeydə alınmışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. А. Vaxruşev. "Akkani, onlar qayıdırlar!". Şimal məkanları. 19 avqust 2010. 2015-01-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-01.
  2. "region87". 2015-01-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-12.