Akkoş gölü

Akkoş gölü, Lebyaji (tatar. Аккош) — Kazan şəhərinin Kirov rayonu ərazisində yerləşən göllər sistemi. Dörd müstəqil su hövzəsinə bölünür — Kiçik, Böyük, İşıqlı, Quru Akkoş. Göllər öz aralarında kiçik axınlarla əlaqəlidir. Göllər dayaz suludur. Orta dərinlik — 1,1 m, maksimum dərinlik — 3,9 metrdir. Göllər sisteminin özünə məxsusluğu odur ki, onlar yer altı suların səviyyəsindən yüksəkdə yerləşir və yeraltı sularla qidalana bilmir. Göllər sistemi Kazan şəhərinin 12 km-də yerləşir və şəhər əhalisinin sevimli istirahət məkanı hesab olunur.

Akkoş gölü
Yerləşməsi
55°50′13″ şm. e. 48°57′46″ ş. u.
Ölkə
Akkoş gölü xəritədə
Akkoş gölü
Akkoş gölü
Akkoş gölü xəritədə
Akkoş gölü
Akkoş gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Göl səthinin sahəsi — 2,6 km²-dir. Göl səthi dəniz səviyyəsindən 69,3 metr yüksəklikdə yerləşir. Yudin Karerı yaradılandan sonra (onun səviyyəsi Akkoş gölündən 10 metr aşağıda yerləşir), eləcə də Qorko avtomobil yolunun yenidən rekonstruksiyazı nəticəsində (gölə tökülən axının qarşısı kəsilmiş) Akkoş gölü qurumağa başladı. Zaman keçdikcə göl dibində meşə örtüyü formalaşdı.

23 sentyabr 2008-ci ildə Kiçik Akkoşügölünü su ilə dolduran nasos stansiyası işə salındı. Eyni zamanda Kiçik Akkoşla Böyük Akkoşla olan əlaqəni bəndlə kəsdilər. Bu tədbirlərdən sonra Kiçik Akkoşun səviyyəsinin düşməsi dayandı. Məhs bu göl ərazinin əsas rekrasiya mərkəzi idi. Digər göllərin quruması isə davam edirdi.[1]

20 aprel 2017-ci ildə göllər sistemində ekoloji reabilitasiya işləri həyata keçirilməyə başlanıldı. İşıqlı və Böyük Akkoş göllərində göl dibinin qazılması işlərinə başlanıldı. Onların dərinlikləri 4 metrə çatdırıldı. Göl dibindən 900 min ton qum çöküntüsü çıxarıldı. Kiçik və Böyük Akkoş arasında bənd təmir edildi. Göl dibinin bentonit hidroizolyasiyası və geotekstil işlər həyata keçirildi. Quru Akkoş gölündə reabilitasiya işləri aparılmadı və göl dibi bitən ağaclardan təmizlənmədi[2]. Son illərin məlumatına görə Quru Akkoş tam qurumuşdur.[3]

Göllər sistemi Yudinski gölünün suyu ilə boru kəməri ilə doldurulur. Planlaşdırılan su səthinin sahəsi 28 hektardır. Böyük və Kiçik Göllərin sahilində çimərlik zonaları qurulur[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]


  1. "Ильсур Метшин: «Мы обязаны вернуть казанцам озеро Лебяжье»". 2012-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-16.
  2. 1 2 Казанский репортёр. Просто добавь воды: Лебяжьи озера к зиме станут полноводными Arxivləşdirilib 2017-10-12 at the Wayback Machine
  3. "Arxivlənmiş surət". 2020-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-16.