Akkord

Akkord (it. accordo-uzlaşma, fr. accord-uyğunluq, ahəng, uzlaşma, lat. accordo-müvafiqət) - müxtəlif ucalıqda bir neçə (ən az 3) səsin eyni zamanda birləşməsi və vahid səs kimi qavranılması. Akkord, əsasən tersiya intervalları ilə qurulur. Akkordu əmələ gətirən səslərin sayı üç olduqda üç həmsəda, dörd səs olduqda septakkord, beş səs olduqda nonakkord, altı səs olduqda undesimakkord adlanır. Akkordun əsas sahəsinə prima deyilir.