Akkordeon (fr. accordéon) — klavişli musiqi aləti. Bu adı alətə 1829-cu ildə vyanalı orqan ustası K.Damian qarmonu təkmilləşdirdikdən sonra verib.
Akkordeon | |
---|---|
Hornbostel–Zaks təsnifatı | 412.132, 412.132-62-8[1] |
Mənşə ölkəsi | |
Audio nümunəsi | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
XIX əsrin sonlarında akkordeonlar çox sayda Saksoniyanın Klingentel şəhərində hazırlanırdı. Ən tanınmış markalar "Weltmeister" ( Diana, Stella, Amigo markaları), "Horch", "Hohner", "Берёзка", "Меркурий" və s.
Oxşarlığa baxmayaraq piano ifaçısı akkordeonda çalmağı ayrıca öyrənməlidir.
Bəstəkar Yan Tyersen xüsusi olaraq akkordeon üçün musiqi bəstələyib.
Akkordeonun primitiv formasının 1822-ci ildə Berlində Kristian Fridrix Lüdviq Buşman tərəfindən icad edildiyi güman edilir. Lakin bu yaxınlarda məlum oldu ki, akkordeon adlandırıla bilən alət 1816-cı ildə və ya ondan əvvəl Nürnberqli Fridrix Lohner tərəfindən istifadə edilmişdir.
Akkordeonun adının ilk patentini 1839-cu ildə Vyanalı orqan və fortepiano ustası Cyrillus Demian indiki akkordeona çox da bənzəməyən tək klavişli kiçik alət üçün almışdır. Qısa müddətdə bir çox şirkət bu yeni alətin istehsalına başladı. Alterasiyalı səslər çıxara bilməyən “diatonik qarmon” adlanan bu alət kəndlərə qədər yayılır. 1880-ci ildə iki klavişli xromatik akkordeon istehsal edildi. Alterasiyalı səslər də çıxara bilən bu yeni akkordeon qısa müddətdə böyük populyarlıq qazanır. 1940-cı ildə daha da inkişaf etdirilir və konsert akkordeonuna çevrilir. George Auric və Jean Françaix kimi bəstəkarlar bu alət üçün çoxlu əsərlər bəstələmişlər.
.