Yan Tyersen (23 iyun 1970[1], Brest (Fransa)) — fransız musiqiçidir. Onun musiqi karyerasını studiya albomları, müşayiətlər və film musiqiləri təşkil edir. Onun musiqisinə müxtəlif növ musiqi alətləri aiddir: ilk növbədə gitara, sintizator, skripka, eləcə də piano melodika, ksilofon ,klavesin, akkordeon, daktilo, orqan, saksofon, violençel, bandjo, şeypur, klarnet, fleyta, sinc, vibrafon, marimba.
Yan Tyersen | |
---|---|
Yann Tiersen | |
Ümumi məlumatlar | |
Doğum adı | Yann Pierre Tiersen |
Doğum tarixi | 23 iyun 1970[1] (54 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi, söz yazarı |
Fəaliyyət illəri | 1995-bu gün |
Janrlar | minimalizm[d], neoklassisizm, rok |
Musiqi alətləri | Piano, Skripka, Akkordion, Gitara, Banjo, Melodika, Bas gitara |
Albom şirkətləri | Virgin, ANTİ, Mute |
Mükafatları | |
yanntiersen.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Yann Tyersen 1970-ci ildə, Fransanın şimal qərbindəki Britanne hissəsindəki Finisterdə yerləşən Brestdə, Norveç və Belçika mənşəli fransız ailəsində anadan olub. O, 4 yaşında piano, 6 yaşında skripkada ifa etməyi öyrənməyə başlayıb və Renne, Nantekilər də daxil olmaqla bir neçə musiqi akademiyalarında klassik dərslər alıb. 1980-ci illərin əvvəllərində,yeniyetməlik vaxtı punk mədəniyyətindən təsirlənib və Stooges, Joy Division kimi rok qruplara həvəs göstərib. 13 yaşında skripkasını sındırıb, elektro gitara alıb, rok qrup yaradıb. Daha sonra Rennedə yaşayıb və ora musiqi karyerası üçün mükəmməl yer olub. Bir neçə il sonra qrupu dağılıb və o da sintizator, sempler və barabanla solo karyerasına başlayıb.
Öz adı altında filmlər üçün musiqi yazmamışdan əvvəl ilk öncə tamaşalar və qısa filmlər üçün fon musiqilər yazdı. Tyersenin yalnız 1000 nüsxə ilə çıxan ilk debüt albomu La Valse des monstres idi ki, bu da 1995-ci ildə buraxıldı və daha sonra 1998-ci ildə ikinci dəfə yenidən buraxıldı. 1996-cı ilin aprel ayında oyuncaq piano, klavesin, skripka,akkordeon, mandolina ilə yazdırdığı qısa parçalardan ibarət Rue des cascades albomunu çıxartdı. Tiersen 1998-ci ildə buraxdırdığı üçüncü albomu La Phare ilə daha da yüksəldi. La Phare Tyersenin Fransa Albomları Siyahısında 50-liyə düşən ilk albomu idi. 1998-ci ildə Fransanın rok qrupu Noir Desirlə birgə One Trip/One Noise albomu üçün, daha sonra Mələklərin Yuxusu filmi üçün fon musiqisi , 1999-cu ildə Bastard musiqisini yazdı və ilk canlı albomu Black Session çıxarıldı. 1999-cu ildə Merrid Monk, Clayre Piçet, and Oliver Mellano ilə birgə ilk birgə albomu olan Tout Est Calme albomunu çıxarıldı ki, bu da 26 dəqiqəlik, 10 musiqi idi və Fransa Albomları Siyahısında 45-ci yerdə dayandı. Eləcə də həmin ildə Les Grandes marées, Gin Soaked Boy sinqllarını yazdı. 2000-ci ildə isə Françez Breutun Ving A Trente Mille Jours albomu üçün 3 musiqi yazdı.
Yan Tyersen 2001-ci ildə çəkilişi başlayan Ameli filminə qədər Fransadan kənarada tanınmırdı. Fransız kino rejisor Jan Pier Janet film partiturası haqqında başqa nə isə fikiləşirdi, amma birgün onun köməkçisi Tyersenin CD-ini ona göstərdi və o bunu çox bəyəndi. Tyersen film üçün on doqquz musiqi parçası yazdı ki, onların içindən seçim etsinlər. Ameli çox böyük alqış və uğur qazandı. Film Avropa Film Mükafatında Ən yaxşı film adını, ən yaxşı rejisor, ən yaxşı film,iki ən yaxşı BAFTA mükafatı və ən yaxşı ssenari də daxil olmaqla dörd Sezar Mukafatını aldı və beş Oskar mükafatına namizəd oldu. Filmin musiqisi həm yeni, həm də əvvəl çıxarılan materialın qarışığı idi və Tyersen isə Filmə ən yaxşı musiqi yazmaq üzrə Sezar Mukafatının və Dünya film musiqisi Oskarının sahibi oldu. Ameli filmi üçün partitura hazırlayarkın o həm də L'Absente adlı beşinci sdudiya albomunu hazırladı. Həmin vaxtlar o, Mələklərin yuxusu filminin qəhrəmanı belçikalı aktrisa Nataşa Reqniyer ilə ailə həyatı qurdu. Həmin ili o Fransa xaricinə səyahətə çıxdı, 2002-ci ildə isə qızı Liza dünyaya gəldi. Ancaq həmin il onlar boşandılar. Bu zaman artıq o orkestr və simli kvartetlə birgə dünya qastroluna çıxırdı. Film musiqisi bəstəkarı kimi Tyersenə tələbat böyük idi və o Amelidən sonar 2003-cü ildə Volfanq Beker tərəfindən çəkilən Goodbye Lenin! tragikomediyası üçün musiqi yazdı.Bu film də Avropa film mükafatını, Sezar Mukafatını və Almaniya Film mükafatını qazandı, Tyersen isə ən yaxşı musiqiyə görə Almaniya mükafatlna layiq görüldü. 2004-cü ilin oktyabrında amerikali müğənni Şanon Raytla birgə Absent Friends albomunu işlədi. 2005-ci ildə isə Les Retrouvailles albomunu buraxdı. 2006-cı ildə “La Mancha" and "La Rade” sinqllarını yazdı və The Endless Rise of the Sun albomunun üzərində işlədi. 2008-ci ildə fransız dənizçisinin həyatından bəhs edən Tabarly filmi üçün musiqi yazdı. Filmdən sonra Tyersen Kristina Ottun “Solitude Nomade” solo albomunun və Miossekin Finisteriens albomunun ərsəyə gəlməsində iştirak etdi.
2010-cu ildə Dust Line albomunu buraxdı. Bu albomun ərsəyə gəldiyi vaxt o anasını və yaxın dostunu itirmişdi.2011-ci ildə isə Skyline albomunu buraxdı ki, burada da 9 musiqi özünə yer aldı. Bu alboma Monuments" and "I'm Gonna Live Anyhow" kimi musiqilər daxil edilmişdi.
Tyersen uşaq olarkən klassik musiqinin, yeniyetməlik vaxtı isə punk musiqisinin təsiri altında olmuşdur. Buna görə də onun musiqi tərzini tanımaq asan, ancaq kataloqlaşdırmaq isə çətindir. Musiqi tərzi zamanla albomlardan-albomlara daha da fərqlənmişdir. Onun melanxolik musiqisi özündə klassik, rok, folk və pop musiqisinin elementlərini birləşdirirdi. Onun emosional musiqi tərzi daha çox Romantik musiqinin ustaları Fredrix Şopenlə və 20-ci əsrin rəngli fiqurlarından olan, minimalizm, Absurd Teatrının sələflərindən olan Erik Sati ilə bağlı idi. Tyersen eləcə də Amerikan minimalisti, klassik-müasir musiqiçisi Filip Qlassla da müqayisə edilir.
1995. La Valse des monstres ( ifaçı: Laurent Heudes)
1996. Rue des cascades (ifaçılar: Klara Piçet, Françayzz Xavyer)
1998. Le Phare ( ifaçılar:Klara Piçet, Dominikyu A.,Saşa Torop.)
2001. L'Absente (ifaçılar:Kristina Ott, Liza Germano, Anne-Gaëlle Bisquay, Bertrand Lambert, Yann Bisquay, Nataşa Regnier,Dominikyu A. , Kristian Quermalet, Tetes Raydes, Neil Hannon, Mark Sens, Sofiya Naboulay, Saşa Torop, Greqori Simon)
2005. Les Retrouvailles (ifaçılar: Elizabet Fraser, Jan Birkin, Stuart A. Staples, Dominikyu A, Jin-Françes Assi, Frederik Dessus, Quilyam Fontanarosa, Bertrand Kaus, Anna Caus Biraqnet, Armelle Legoff, Frederik Haffner, Kristina Ott, Elliott, Ludovik Morillon)
2010. Dust Lane (ifaçılar: Matt Elliott, Q. Kerrien, Syd Matters, Dav Kollinvud)
2011. Skyline (ifaçılar:, Dav Kolinvud.Stefan Bovier, Q. Kerrien, Matt Elliott, Syd Matters, Lionel Laquerriere, Neil Turpin, Robin Allender, Stefan Bovier, Olavur Jakupsson, Daniel Ceyms , Hizer Vuds , Peter Broderik)
2014. Infinity
2001. Ameli (ifaçılar: Kristina Ott, Kristian Qarmalet)
2003. Qud bay, Lenin! (ifaçılar: Klara Piçet)
2008. Tabarli ( ifaçılar: Mark Sens, Kristina Ott)
1999. Black Session
2002. C'était ici
2006. On Tour
• Rue des cascades (7" vinyl EP) (1996)
• Black Session (EP promo) (1998)
• "La Vie rêvée des anges" (CD single) (1998)
• "Les Grandes marées" (1999)
• "Comptine d'un autre été : L'après-midi" (2001)
• "À quai" (CD single promo) (2001)
• "Bagatelle" (CD maxi promo) (2001)
• 3 titres inédits au profit de la FIDH (2003)
• "Kala" (2005)
• "La Mancha" (2006)
• "La Rade" (2006)
• PALESTINE (vinyl EP) (2010)
• "Ashes" (2010)
• "Monuments" (2011)
• "I'm Gonna Live Anyhow" (2011)
One Trip/One Noise (1998)
"Gin Soaked Boy") (1999)
Vingt à Trente Mille Jours (2000)
"Porsmouth"
Gratte-poil (2000)
"Cabaret des nues" (skripka)
R/O/C/K/Y (2001)
"Roma Amor" ,"Holidays" ,"Cyro's Request" (vibrafon)
Les oiseaux de passage (2001)
"Le parapluie"
Absent Friends (2004)
"Sticks & Stones" (akkordion)
The Belgian Kick (2004)
"Love Commander" ,"Totally Confused"
Lucky Dog Recordings 03-04 (2005)
"She Don't Have to Be Good to Me" (piano)
The Endless Rise of the Sun (2006)
"The Endless Rise of the Sun"
Raides à la ville (2006)
"La Vielle" (skripka)
13m² (2006)
Solitude Nomade (2009)
"Pensées sauvages" (violin)
Finistériens (2009)
Li(f)e (2010)
Soyons désinvoltes, n'ayons l'air de rien (2011)
"À ton étoile (Yann Tiersen Mix)"