Akkumulyativ relyef (lat. accumulation-toplamaq, relief-çıxıntı) — dəniz, çay, göl, buzlaq, eol çöküntülərinin, qravitasiya və vulkan məhsullarının toplanması nəticəsində əmələ gəlmiş relyef formalarının məcmusu.
Akkumulyativ relyefi mənşəyinə görə çay (Allüvial düzənliklər, deltalar, terraslar və s.), delüvial (şleyflər, çıxarma konusları, örtüklər və s.), qravitasiya (uçqunlar, soliflüksiya terrasları), dəniz və göl (sahil tirələri, çimərliklər, sahilboyu düzənliklər və s.), buzlaq (kamlar, ozlar, drumlinlər, zandr çölləri, moren tirələri və s.), vulkanik (vulkan konusları, lava örtükləri, traplar və s.), vulkanoid (palçıq vulkanları, salzalar), orqanogen (tor)luqlar, termit qurğuları və s.), texnogen və antropogen akkumulyativ relyef formalarına ayırırlar.[1]
su, külək, buzlaq çöküntülərinin, vulkanın püskürmə materiallarının və insanın təsərrüfat fəaliyyətinin yaratdığı relyef formaları.Sürüşmələr, soliflüksiya terrasları: dəniz və göl-sahil valları, çimərliklər, sahilyanı düzənliklər: buzlaq-moren təpələri, kamlar, ozlar, drumlinlər,zandrlar: eol-dyunlar, barxanlar, subaeral lyoss örtükləri: vulkan konusları, lava örtükləri və axımları: vulkanoidlər-palçıq sopkaları: orqanogen-torflar: texnogen tullantılar, töküntülər və s.A.r.f.yerüstüvə sulaltı növlərə ayrılır.[2]