Akmal Nur

Əkməl Nur (əsl adı Əkməl Vahaboviç Nurəddinov, özb. Akmal Vahobovich Nuriddinov; 27 fevral 1959, Nəməngan) — Özbəkistanın xalq rəssamı, Özbəkistan Rəssamlıq Akademiyasının sədri, akademik.

Əkməl Nur
özb. Nuriddinov Akmal Vahobovich
Doğum tarixi 27 fevral 1959(1959-02-27) (65 yaş)
Doğum yeri
Fəaliyyəti rəssam

Həyatı[redaktə | mənbəni redaktə et]

Əkməl Nur 1959-ci ildə Özbəkistanın Nəməngan şəhərində anadan olub[1]. 1984-ci ildə Daşkənd Dövlət Teatr və Rəssamlıq İnstitutunu bitirib. 1987-2011-ci illərdə Rusiya, ABŞ, Mərakeş, Niderland, Hindistan, Almaniya, Türkiyə, Çin və s. ölkələrdə keçirilmiş fərdi və kollektiv sərgilərin iştirakçısıdır. 1997-ci ildə Özbəkistan Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilib. 2011-ci ildə incəsənət və ədəbiyyat sahəsində Özbəkistanın Dövlət mükafatına layiq görülüb.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Bakıda özbəkistanlı rəssamın əsərləri nümayiş olunacaq". 2012-07-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-12.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]