Aksay körpüsü — Rostov-na-Donu şəhərində yerləşən, Don çayı üzərində inşa edilmiş körpü. Körpünün ümumi uzunluğu 580 metrdir. 1964-cü ildə Don avtomagistralının 1062-ci kilometrliyində, gündəlik 7 min avtomobili qəbul etmək güçünə malik iki zolağı tətfil verilmişdir. Buradan keçən hər maşın 6 ton yük daşıya bilər. 1995-ci ildə körpüyə əlavə olaraq üçüncu zolaq inşa edilir. Hazırda hər il körpüdən 30 min maşın keçir. Hər maşına isə 8 ton yük düşə bilər. Körpü Don çayının mənsənbindən 60 km yuxarıda yerləşir. malikdir.
Aksay körpüsü | |
---|---|
rus. Аксайский мост | |
| |
47°14′31″ şm. e. 39°51′04″ ş. u.HGYO | |
Keçid | maşın üçün |
Material | ? |
Uzunluğu | 580 metr |
Eni | 28 metr[1] |
Hündürlüyü | ? metr (orta aşırım) |
Açılışı | 1964 |
Körpü öz adını yerləşdiyi şəhərin adından almışdır. Şəhər isə öz növbəsində adını onun ərazisindən axan Aksay çayından alıb. Çay Donun sağ qolunu təşkil edir. Bu türk dillərində olan əfsanə ilə əlaqədardır. Aksay rus dilinin xüsusiyyətlərinə uymuş Ağçay sözüdür[2]
2014-cü ilin payızında Aksay körpüsünün 2 xətli hissəsinin bərpası başa çatdırılmalı idi. Körpünün bu hissəsinin bərpasına 2,94 milyard rubl tələb edilirdi. Sənədlərə əsasən bərpa işlərindən sonra onun uzunluğu 1 227,7 m, eni isə 567,11 m təşkil edir. Zolaqların sayı isə üçdür.[3]. Yenidən bərpa edilmiş hissə 1 noyabr 2014-cü ildə istifadəyə verilmişdir.[4]. Körpünün sol hisdəsinin təmirinə isə 25 fevral 2015-ci ildə başlanılmışdır[5]. Körpü 1 iyul 2015-ci ildə istifadəyə verilmişdir. Bununla belə şimal hissə isə hələ də pis vəziyyətdə qalır.