Aksay (устар. Асагалыль, qum. Яхсайсув[1],; çeç. Яьсси[2]) — Çeçenistanın Naji-Yurt və Qudermes rayonu, Dağıstanın Botlix rayonu, Novolak rayonu, Babayurd və Xasavyurd rayonlarından keçən çay. Çayın yamacı 14.5 m/km-dir.[3].
Aksay çayı | |
---|---|
kum/Яхсайсув/ce/Яьсси | |
Ölkə | Rusiya |
Region |
|
Mənbəyi | And silsiləsinin şimal yamacı |
• Yüksəkliyi | 2080 m |
Mənsəbi | Aktaş çayı /Sulak çayı→Xəzər dənizi |
• Yüksəkliyi | -13,9 m |
Uzunluğu | 144 km |
Su sərfi | 5,17 m³/san |
Su sistemi | 1390 |
Hövzəsinin sahəsi | 1.390 km² |
|
|
DSR[rus.] | 07030000212109300000116 |
Çay öz başlanğıcını And dağları silsiləsinin şimal yamacından götürür.[3] Mənbəyinin hündürlüyü dəniz səviyyəsindən 2080 m yüksəklikdədir. Kanal ilə Aktaş çayına birləşən Aksay çayı Aksay su anbarına axır. Uzunluğu 144 km, su tutma sahəsi 1390 km², orta dərinliyi isə 444 m-dir. Hövzəsinin çox hissəsi (87%) 1000 m-dən aşağıdır, ərazinin 11% -i 0 m -dən aşağıdır.
1994-cü ilə qədər çayın hidroloji göstəriciləri: əvvəlcə İşkhoy-Yurt, sonra Soqunti hidroloji postları vasitəsi ilə öyrənilirdi. 2008-ci ildən etibarən Aksay su anbarının girişində - Çaqarotarda mövsümi hidroloji post təşkil edilir. Həmçinin, müxtəlif illərdə hidroloji postlar Qerzel-Aul, Boraqanqeçuv, Aksay və Çaqarotar kəndlərində yerləşirdi.
Çayın xarakteri hündürlüklə dəyişir. Aksay çayı And dağ silsiləsindən başlayaraq, aşağı axarında isə düzən əraziyə keçir. Aksay çayı qrunt suları ilə qidalanır. İlin isti yay aylarında çay sularında daşqınlar baş verir, qış aylarında çayın suyu demək olar ki, azalır. Aksay çayı yerli kənd təsərrüfatında əhəmiyyətli rol oynayır. Qerzel-Aul kəndinin kənd təsərrüfatı ərazilərinin suvarma sistemi məhz Aksay çayın suları ilə təmin olunur. Qerzel-Aul, Boraqanqeçuv, Aksay və Çaqarotar kəndləri də çayın suyundan bağçılıq və bostançılıq ərazilərinin suvarılması üçün istifadə edirlər. Bundan əlavə çay balıqçılıq təsərrüfatına da əhmiyyətli töhfə verir.
Aksay çayının orta illik su sərfi 5,17 m³/s, maksimum isə 690 m³/s-dir. Çayın aşağı axınları yüksək çöküntü doyma ilə xarakterizə olunur, çayda orta bulanıqlıq 6500 q/m³ -dur. Çayda çöküntü axınının miqdarı bəzi illərdə 1300 min tona qədər çatır.
Aksay çayının əsas qolları: solda - Xorielk, Belqoti-Yassi (Unkubutli), sağda isə- Yamansu çaylarıdır.